Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ermənistanı silkələyən müraciətin TAM MƏTNİ

Avqustun 28-də “armenia news” təxəllüsü ilə çıxış edən bir istifadəçi özünün LiveJournal səhifəsində (bütün dünyada rusdilli blogerlərini birləşdirən qlobal sosial şəbəkə) “Erməni xalqına və Ermənistan hakimiyyətinə açılq müraciət” adlandırdığı müraciəti dərc edib. Müraciətdə Ermənistan ərazisində fəaliyyət göstərən ABŞ səfirliyinin əməkdaşlarının və onlarla əlaqəli olan bəzi erməni siyasətçiləri və ictimai xadimlərin ünvanına kifayət qədər ciddi ittihamlar irəli sürərək, onların fəaliyyətini dağıdıcı və erməni dövlətçiliyinin məhv edilməsinə yönəldilən adlandırıb.
24saat.org saytı olaraq erməni ictimaiyyətində böyük əks-səda doğurmuş məqalənin tam mətnini təqdim edirik:

(Orijinalın orfoqrafiyası və punktuasiyası qorunub saxlanmağa çalışılıb)

Erməni xalqına və Ermənistan hakimiyyətinə açıq müraciət

Ermənistan, Diaspor və Artsax birdir.

S.Sərkisyan

Biz müraciətimizə məhz bu düzgün və aydın başa düşülən sözlərlə başlayırıq. Bu sözlər – təkzib edilməsi tələb olunmayan, Yerevanda, Stepanaketrdə, Gümrüdə, Kiyevdə, Parisdə, Moskvada və Los-Ancelesdə olmasından asılı olmayaraq, hər bir erməninin qəlbində və ürəyində yanan aksiomalardır. Erməni xalqının böyüklüyünün əsaslandığı hər bir elementin üçlük təşkil etdiyi kimi, ayrı-ayrılıqda da həmin hissələr öz ruhlarının itirilməsinə məhkumdurlar.

Ona görə bizlər – öz Vətənindən kənarda olan ermənilər üçün Ermənistan və Artsaxın ağrıları – şəxsi ağrılarımızdır, Yerevanda hayqıraraq həll edilməsini tələb edən faciəli problemlər isə – bizim öz ailələrimizin, bizim şəxsi evlərimizin bədbəxtlikləri kimi olduqca mühümdür.

Dünyada artıq heç bir erməni susa bilmir və əgər Ermənistanın özündə qaldırılması qəbul olunmayanyasaqlanmış mövzular varsa, hansılar ki, hakimiyyətin total korluğu, KİV tərəfindən total susqunluq pərdəsi altında gizlədirlir, xaricdə yaşayan ermənilərin mənəvi borcu həmin problemləri qaldırmaq və ölkə hakimiyyətini onu dərhal həll etməyə çağırmaqdan ibarətdir.

Bu gün biz ölkənin idarə edilməsində yeni kölgə sisteminin meydana gəlməsinin şahidi oluruq. Riyakarlıq və yalan üzərində qurulan, pulun gücü və tamahkarlıqdan istifadə edən manipulyasiya sistemi qurulur. Gündən-günə bu bəlanın tərəfdarları məhz bunun üçün çalışırlar; bu isə bizim ölkəmizi qan tökülməsinə və xaos burulğanına sürükləyir.

Faktiki olaraq həmin kölgə hakimiyyətinin mərkəzi Amerika prospekti, ev 1 ünvanında yerləşən nəhəng kompleks olmuşdur (düşünün, bizim üçün bu bəlanın şərəfinə bütöv bir prospekti adlandırmaq necə də alçaldıcıdır).

sek2

Biz əcdadlarımızın 9 hektar torpağını öz bədxahlarımıza vermişik, bundan böyük səfirlik yalnız Almaniyada – Amerikanın oyuncağı olan ölkədə vardır. Əgər biz həmin sodomiya ( insan ilə insan olmayan arasında baş verən cinsi əlaqədir, ancaq hər hansı yeni fərdin əmələ gəlmədiyi cinsi fəaliyyət də buna aid edilə bilər – 24saat.org) ocağının fəaliyyətinə gözlərimizi açmasaq qoyun dərisnə bürünmüş canavar kimi türklərin NATO müttəfiqlərinə tikdirdiyi hərbi bazasının bəlalı taleyi bizi də gözləyir.

Biz ona görə “sodomiya ocağı” deyirik ki, burada həyasızcasına kişi ləyaqətini ləkələyən mavi pozğunlar çalışır – Petrik Meyer – hansı ki, öz yatağını “tərəf müqabili” Kevin Adkinlə bölür, bu da qeyd edilən “mənəviyyatçılar” tərəfindən bütün ermənilərə sırınır.

Biz ona görə “hərbi baza” deyirik ki, səfirliyin binası bizim xalqımıza və bizim qonşularımıza qarşı təcavüzkar məqsədlər naminə istifadə edilir.
Səfirliyin binasında NSA (Beynəlxalq Təhlükəsizlik Agentliyi – 24saat.org) bölmələri tərəfindən müasir texniki avadanlıqlar quraşdırılıb ki, onların köməkliyi ilə istər Ermənistanın, istərsə də qonşu ölkələrin radioelektron izlənməsi həyata keçirilir.

Ona görə ki, bu diplomatik missiya deyil, bura bütün dünyada qan axıdan döyüşçü dəniz piyadalarının və daha böyük cinayətkar olan amerikalı xəfiyyələrin sığınacağıdır. Xəyanətlə alver edən, bizim vətəndaşlarımızı pulla satın alan insanların sığınacağıdır. Onlar bunu bizim tamahkar və ruhən zəif vətəndaşlarımız, özlərinin qeyri-hökumət və beynəlxalq təşkilatlar adı altında pərdələnmiş strukturları vasitəsi ilə edirlər. Onlar barəsində sonra danışarıq.

Hələlik maskaların qoparılıb atılması və “xoş məramlı səfirlər” adı altında bizim ölkəmizi dağıdanların adlarını çəkmə vaxtıdır:

sek3brayn

Brayan Roraff

Ceffri Kristofer Plant Ermənistanda 2012-ci ilin avqustundadır – səfirliyin ikinci katibidir. Əslində bu tərəvəz (onun adı ingilis dilindən belə tərcümə olunur) Plant MKİ-nin Ermənistanda rəsmi nümayəndəsinin müavinidir. Şəxsən özü Levon Barseqyan və Davit Sanasaryanla çalışır ki, onları mütəmadi olaraq birlikdə görürlər.

Olen Roraff – sarısaçlı ukraynalı, tez-tez olduğu kimi o, Ermənistana yoluxucu xəstəlik gətirib və yayır. Bizim ölkəmizi onun dostları Ukraynanı yandırdıqları kimi yandırmaq istəyir. O – MKİ-nin rəsmi əməkdaşıdır, dəfələrlə Ermənistan-İran və Ermənistan-Gürcüstan sərhədlərindəki buraxılış məntəqələrində olub. Ümumiyyətlə Rorafflar ailəsi olduqca maraqlıdır.

Brayan Roraff – öz arvadı üçün bir pərdədir. Amerika kəşfiyyatı tərəfindən belə bir praktika tətbiq edilir. Onlar ərin, onunla birlikdə isə arvadın Ermənistana gəlmələrindən 6 ay əvvəl nikaha daxil olublar. Amma onlardan Olena incə işləyirsə, Brayan tez-tez ilişir: gah xoşagəlməz hadisəyə düşəcək, gah da Mesamor AES-da şəkil çəkdirmək qərarına gələcək.
Yeri gəlmişkən, məgər bu – atom stansiyasının şəklini çəkmək – qanun pozuntusu deyil? Xüsusən də ona görə ki, bu obyekt xüsusi rejimə malikdir – xaricilərin ora girişi qadağandır. Bunu cinayət haqqında rəsmi bildiriş kimi qəbul edin! Yoxsa yenə də dözməli olacağıq?

Aaron Daniel Kumminqs hərbi əməkdaşlıq məsələləri üzrə şöbənin əməkdaşı kimi məhz Kumminqs bizim hərbçilərin tez-tez qonağı olur, onların vətəninə olan sədaqətini qanlı pullarla satın almağa çalışır. A.Kumminqs ABŞ xüsusi xidmət orqanları tərəfindən maraqlı olan şəxslərlə tanışlıqların qurulması üçün istifadə edilir.

Erik Robert Larsen – “Təhlükəsizlik üzrə Marşal Avropa Mərkəzinin” keçmiş əməkdaşıdır, Amerika xüsusi xidmət orqanları üçün gizli əməliyyatların təşkil edilməsi ilə məşhurdur, 2012-2014-cü illərdə dəfələrlə Moldova və Ukraynadan olan radikallarla görüşmüşdür – məhz həmin illərdə bu ölkələrdə inqilablar baş vermişdir. ABŞ Müdafiə Nazirliyinin hərbi kəşfiyyatının – MNKİ-nin rəsmi əməkdaşıdır. Mütəmadi olaraq İrandakı vəziyyətlə əlaqədar məlumatlar toplayır və gümrüdəki Rusiya bazası ilə maraqlanır.

Cek Rocer Anderson 2010-cu ildən ABŞ-nın Qırğıstandakı səfirliyindədir. Qırğızlar da onun xüsusi xidmətlərin əməkdaşı olmasını bilirlər.

Edvard Vinsent O Brayen. 2012-ci ildən Ermənistandadır, beynəlxalq cinayətkarlıq və narkotik vasitələrin qaçaqmalçılığı ilə mübarizə xətti üzrə hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədədir. E. Obrayen ABŞ Müdafiə nazirliyinin hərbi kəşfiyyatı ilə əlaqəlidiur.

sek4Amerika xüsusi xidmət orqanları diplomatların ört-basdır edilməsi ilə yanaşı, həmin məqsədlər üçün Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratik İnstitut (NDİ), “Avrasiya fondu”, Açıq Cəmiyyət İnstitutu (OSİ, Soros Fondu strukturu), Amerikanın Ermənistan universiteti və Ümumdünya bankından da istifadə edir. Onlar həmçinin Yerevan, Vanadzor, Gümrü və kapandakı “Amerika guşələrindən” də isatifadə edirlər.
Baxmayaraq ki, bu təcrübə bütün dünyaya məlumdur, ermənilər nəyə görəsə susurlar. Almanların “Deutsche Wirtschafts Nachrichten” qəzeti təəccüblənir ki, niyə Ovik Abramyan yeni missiyanın rəhbəri Debor Qrizeri Sərqsyan və Putinin görüşündən bir gün əvvəl qəbul etmişdi? Axı onilliklərdir ki, İSAİD MKİ ilə əməkdaşlıq edir və dövlət çevrilişlərinin təşkilində iştirak edir.
Almanlar açıq şəkildə USAİD və Soros Fondunun əlaqələri haqqında danışırlar, həmin strukturlar birlikdə bir çox inqilabların təşkilində: misal üçün, Makedoniyada iştirak etmişdirlər. Lakin Ermənistan KİV bu barədə israrla susurlar.

Amerikalılar o dərəcəyə qədər qudururlar ki, seçkilərdə müstəqil qüvvə qismində çıxış etməyə hazırlaşırlar. Bunun üçün onlar “Müstəqil demokratlar”, “İşıqlı Ermənistan”, “Vətəndaş müqaviləsi”, “İrs”, “Ermənistan ümummilli hərəkatı”, “Respublika” kimi təşkilatlara nəzarət edirlər.
Onlar hətta özlərinə “dostlar” da tapıblar ki, onları gələcək səsvermələrdə dəstəkləyəcəklər, özü də bunlar təkcə müxalifətçilər deyil. “Qəhrəman-deputatları” qarşılayın:

“Açıq Cəmiyyət – Ermənistan” Fondu və ABŞ Milli fondu demokratiya uğrunda dəstək (NED) vasitəsi ilə “Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi”, “Erməni Helsinki Komitəsi”, “PİNK Ermənistan”, “Qadın Resurs Mərkəzi”, “Asparez” jurnalist klubu, yerevan press-klubunun, “Avropa Hüququ” Assosiasiyasının, “Zorakılıqsız Cəmiyyət”, “HETQ”, “Məlumatlı Vətəndaşlar İttifaqı”, “Transparency İnternational” Antikorrupsiya mərkəzinin fəaliyyətləri maliyələşdirilir.

Faktiki olaraq amerikalılar ölkədə öz KİV-lərinə malikdirlər: “Jamanak”, Qala-TV, “Llagir”, Hetq.org, A1plus, Civilnet.am, Azatutyun radiosu.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyələşdirilən “Media Təşəbbüslər Mərkəzi” seçkilər üçün erməni vətənpərvərlərini biabır etmək üçün xüsusi hazırlıq keçmiş bloger qrupları yaradır.
Həmin dağıdıcı fəaliyyətin miqyası doğrudan da vahiməlidir: yalnız Şirak və Lori marzlarında 300-dən çox QHT fəaliyyət göstərir.

Bizim gəncliyimə zərbə vurulur, əksər müxalifətçilər və radikallar Amerika ali təhsil ocaqlarının dəvəti ilə təhsil aldıqdan sonra bizim yanımıza qayıdır: bu elə həmin Davit Sanasaryan, Daniel İoannisyan, Zarui Postancanyan və minlərlə və minlərlə başqalarıdır.

D.Sanasaryan ABŞ-da Ağ Evin qarşısında. D.Sanasaryan Ukrayna Maydanında. D. İoannisyan

D.Sanasaryan ABŞ-da Ağ Evin qarşısında.

D.Sanasaryan Ukrayna Maydanında.

D.Sanasaryan Ukrayna Maydanında.

D. İoannisyan

D. İoannisyan

Bu düşmənlərin bir-biri ilə fəaliyyətlərinin əlaqələndirilməsi üçün hətta xüsusi bir struktur – Amerika Təhsil Proqramnlarının məzunları Assosiasiyası yaradılmışdır. Artıq “Jayr” gənclər ittifaqı və onun lideri A.Minasyan kimi mövcud olan təşkilatları və liderləri də satın alırlar.

Onlar hamısı MKİ-nin casuslarıdır: sanasaryanlar, navasardyanlar, sakunslar, ioannisyanlar, xzmalyanlar və barseqyanlar bizi uçuruma aparırlar.

L.Barseqyan “Asparez” klubunun rəhbəri

L.Barseqyan “Asparez” klubunun rəhbəri

A.Sakunts “Helsinki vətəndaş Assambleyası Vanadzor ofisinin” rəhbəri

A.Sakunts “Helsinki vətəndaş Assambleyası Vanadzor ofisinin” rəhbəri

Tiqran Xzmalyan

Tiqran Xzmalyan

 

Və hətta bugünki Azadlıq meydanından olan navasardyanlar: Ani və onun əri – hər ikisi bizə Kanadadan xüsusi məqsədlə göndərilib.

Axı bu gün həmin legion bizim küçələrimizdədir, artıq bu gün onlar ölkə rəhbərliyinin istefasını qışqırırlar, hər şeydən danışırlar – əsl bəladan, yəni özlərindən başqa.

Və hakimiyyətə də məlumdur ki, düşmənlər bizim ölkəmizdə bizim kürəyimizə istənilən anda bıçaq saplamağa hazırdır.

Biz bunu məlumat aldığımız mənbələrə görə dəqiqliklə bilirik. Dövlət orqanları da bunu bilir. Bilirlər, lakin heç nə etmirlər. Buna görə də, Ermənistan xalqını hərəkata çağırırıq.

Axı cinayətkarları ört-basdır etmək elə cinayətin iştirakçısı olmaq deməkdir.

Həqiqətin qulaqardı edilməsi davam edə bilməz. Hərəkətə keçmək və bizim torpağımızda özünə məskən salmış əjdahanın başını üzmək vaxtıdır. Bu ilk növbədə hüquq-mühafizə ortqanlarına bir çağırışdır. Biz hələ ümid etməkdə davam edirik ki, satqınlar ölkənin ali vəzifələrinə daxil ola bilməyib.
Hakimiyyətin hərəkətsizliyi isə bunun əksini sübut edəcək.

Mətnin Azərbaycan dilinə tərcüməsi 24saat.org saytına aiddir

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Azərbaycanda elitar korrupsiyanın ləğvinə ciddi ehtiyac var”

%d bloqqer bunu bəyənir: