Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Ermənistandakı hadisələr Azərbaycanın xeyirinədir”

Son zamanlar Ermənistanda vəziyyət gərginləşib. Ermənistan cəmiyyəti hakimiyyətə qarşı etiraz aksiyaları keçirir. Ancaq bütün bu narazılıqlara baxmayaraq, Ermənistan rəhbərliyi nəyin bahasına olursa olsun, hakimiyyəti əldən vermək istəmir. Ermənistanda baş verən son hadisələrin Qarabağ məsələsinə də bir sıra təsirləri ola bilər.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov Modern.az-adanışıb.

Elman Məmmədovun sözlərinə görə, Ermənistanda vəziyyət uzun müddətdir gərgindir.

“Ermənistanda terrorçu Qarabağ klanı hakimiyyəti zəbt etdiyi gündən Ermənistan cəmiyyəti əsarət altında yaşayır. Onlar Ermənistanda hərbi xunta yaradıblar. Orada gərginginliyin artması Azərbaycanın xeyirinədir. Çünki vəziyyət elə bir həddə gəlib çata bilər ki, Ermənistanda və eyni zamanda Ermənistan ordusunda, hansı ki onlar Azərbaycanın işğal olunmuş ərazilərindədir, gərginlik yarana bilər. Ermənistanda daxili çəkişmələr başlaya bilər, təbii ki, bu da bizim xeyrimizə ola bilər. Ermənilər bizim işğal altında olan torpaqlarımızı sülh yolu ilə azad etməsələr, biz hərbi gücə əl ata bilərik. Onların onsuz da zəif ordusu daxili çəkişmələrdən sonra ümumiyyətlə bizə cavab verə bilməyəcək. Onların qaçmaqdan və məhv olmaqdan başqa yolu olmayacaq”.

Deputat bildirib ki, erməni cəmiyyəti düşünüb ağıllı nəticə çıxarsa, Ermənistan bundan sonra da dövlət kimi yaşaya bilər:

“Ermənilər Sarkisyan və onun komandasını süpürüb siyasi arenadan atmalıdırlar. Sarkisyan və onun komandası çox ciddi cəhdlərlə çalışır ki, müxtəlif yollarla, hiyləgərliklərlə vəziyyətdən çıxsınlar. Məsələn, ictimaiyyətin fikrini yayındırmaq üçün Azərbaycanla təmas xəttində ciddi təxribatlar törədə bilərlər. Ancaq mənə elə gəlir ki, Ermənistan cəmiyyəti ağıllı siyasətçiləri hakimiyyətə gətirmək üçün addımlar atmalıdır. Onlar daha düzgün, konstruktiv mövqedə olan, beynəlxalq hüquqa uyğun fəaliyyət göstərən insanları hakimiyyətə gətirməklə bu bəladan xilas ola bilərlər. Təbii ki, Serj Sarkisyan və onun komandası buna mane olmağa çalışacaq. Onların hakimiyyətdən getməsi təkcə siyasi fəaliyyətlərinin sonu olmayacaq, eyni zamanda azadlıqda yaşamalarının da sonu olacaq. Bunlar Xocalıda və Azərbaycannın başqa işğal olunmuş ərazilərində törətdikləri soyqırımlara, kütləvi qırğınlara görə ədalət qarşısında cavab verməli olacaqlar. Buna görə də Sarkisyan danışıqlardan hər yolla boyun qaçırır, müxtəlif bəhanələrlə danışıqları pozur, status-kvonun qorunub saxlanmasına çalışır ki, özünün həm fiziki, həm də siyasi ömrü uzansın. Ancaq buna nail ola bilməyəcək. Mənə belə gəlir ki, Ermənistan cəmiyyəti və uzun illərdir Ermənistanı idarə edən xarici havadarlar dərk edir ki, bu rejim davam edə bilməz. Onlar da çıxış yolu axtarırlar. İki gün sonra Rusiya və İran prezidentləri Azərbaycana gələcəklər. Mən hesab edirəm ki, prezidentlər Qarabağ məsələsini də müzakirə edəcək. Bütün bunlar hamısı bizim torpaqlarımızın yaxın zamanda işğaldan azad olunmasına imkan yarada bilər”.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Qiymət artımı dünyada baş verən proseslərdən asılıdır”

%d bloqqer bunu bəyənir: