Loading...
Loading...

Ermənistanda “İrs” partiyasının sədr müavini tutuldu

Bu gün səhər  Ermənistanda müxalif  “İrs” partiyasının sədr müavini Armen Martirosyan həbs edilib.

 

24saat.org-un Ermənistan KİV-nə istinadən xəbərinə görə, bu barədə ölkə polisinin mətbuat xidməti bəyanat yayıb.

 

A.Martirosyan haqqında ilk öncə “kütləvi iğtişaşları təşkil etmə” maddəsi ilə cinayət işi açılıb və o dindirilməsi üçün polisə aparılıb. Daha sonra isə onun haqqında həbs qəti imkan tədbiri seçilib.

 

Hazırda müxalifət nümayəndəsi  müvəqqəti saxlanma təcridxanasında saxlanılır.

“Azadlıq” radiosunun erməni xidmətinin jurnalistləri də bu gün xəsarət alıblar. Bildiriblər ki, dəyənəklə silahlanmış mülki geyimli şəxslər onları döyülüblər.

 

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

General oldu, sabahısı həbs edildi – İLGİNC

Loading...
%d bloqqer bunu bəyənir: