Loading...
Loading...

Ermənistanda 5 nəfər girovluqdan azad edildi

Ermənistanda terrorçuluğa qarşı əməliyyat çərçivəsində silahlı dəstənin girovluğunda olan 5 nəfər xilas edilib.

 

24saat.org-un xəbərinə görə, bu haqda Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

“Hal-hazırda qalan girovların azad edilməsi və vəziyyətin danışıqlar yolu ilə həlli üçün üçün aktiv adımlar atılır”,-deyə bildirilib.

 

Qeyd edək ki, iyulun 17-də Yerevanda bir qrup silahlı şəxs polisin post-patrul xidməti alayını tutub. Hazırda 4 polisin girovluqda olduğu bildirilir.

 

Qiyamçılar siyasi fəalların, o cümlədən Müəssislər Məclisi müxalif təşkilatının lideri Jirayr Sefilyanın və Şant Harutyunanın azadlığa buraxılmasını tələb edir.

 

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Zaman-Azərbaycan” qəzeti fəaliyyətini DAYANDIRDI

%d bloqqer bunu bəyənir: