Loading...
Loading...

Ermənistan xüsusi xidmət orqanı başçısının dosyesi – TAMAMİLƏ MƏXFİ

Ermənistan hakimiyyətində hər hansı yüksək vəzifəni yeni, layiqli insanın tutacağına ümid tamamilə əbəsdir. Burada ailə bağları nəinki azalmır, getdikcə daha da təşviq olunur və möhkəmlənir. Azacıq əhəmiyyəti olan kreslolar erməni hakim dairtələrində ənənəvi olaraq «qızıl gənclik» üçün nəzərdə tutulub ki, bunlar da yalnız prezident komandasına aid insanların kiçik qardaşları, oğulları və yaxın qohumlarıdır.

Prezident kürəkəninin istixanası

Serj Sarkisyanın əhatəsində hətta xüsusi adam var ki, gəncləri vəzifələr üçün hazırlayıb, sonradan üzə çıxarır. Aydın məsələdir ki, tərbiyəvi işlər üzrə bu mütəxəssis, yaxud da müasir dillə desək, siyasi stand-up təşkilatçısı kənar adam deyil, prezidentin kürəkəni Mikael Minasyandır.

Təhsilinə, işlədiyi yerlərə, təcrübəsinə, daha doğrusu, respublika əhəmiyyətli rəhbər üçün bu cür vacib keyfiyyətlərin yoxluğuna baxmayaraq, ölkə üçün çox əhəmiyyətli vəzifələri Minasyanın təzəcə tüklənmiş yetirmələri tuturlar.

Milli Təhlükəsizlik Xidməti (MTX) də istisna olmadı, bu ilin fevral ayında yeni rəisi təmtəraqla ictimaiyyətə təqdim etdilər. Ölkənin şəcərəsində xüsusilə vacib bu halqanı indiyə kimi nəinki xaricdə, heç Ermənistanın özündə də heç kimin tanımadığı 34 yaşlı Georgi Karenoviç Kutoyana tapşırdılar.

Bəs kimdir bu Vətənin təhlükəsizliyi üçün bu qədər qiymətli kadr? Növbəti dues ex machine hardan çıxdı?

Kutoyanın rəsmi tərcümeyi-halı aşağıdakı kimidir. 1981-ci ilin sentyabr ayında Yerevanda anadan olub. 2002-ci ildə Rusiyadakı Rostov Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2005-ci ildə aspirant olub, sonra isə Ermənistan Elmlər Akademiyasında namizədlik dissertrasiyasını müdafiə edib. Dissertasiyanın mövzusu «1950-ci ilin Avropa İnsan hüquqları və azadlıqları konvensiyasının erməni hüquq sahəsində təzahürü»dür. 2007-ci ildə ABŞ-da Fletçer hüquq məktəbini bitirib.

2002-2010-cu illərdə Ermənistan Elmlər Akademiyasının erməni-rus (Slavyan) institutunda hüquqdan dərs deyib. Buna paralel olaraq, 2005-2006-cı illərdə Ermənistan Baş Prokurorluğu yanında tədqiqat mərkəzində elmi işçi olub. Buna da paralel olaraq, 2006-2007-ci illərdə Ermənistran ombudsmanının baş köməkçisi işləyib. 2008-2010-cu illərdə isə Ombudsman yanında hüquqi məsələlər üzrə baş məsləhətçi olub.

2008-ci ildə fərdi hüquqşünas lisenziyası alıb. 2010-2011-ci illərdə fərdi hüquq praktikasına başlayıb.

2011-ci ildə Ermənistan prezidentinin köməkçisi vəzifəsinə gətirilib və indiyə kimi də həmin vəzifədə olub.

03.02.2016-12.02.2016 tarixlərində, hardasa 10 gün ərzində Ermənistan baş prokurorunun müavini işləyib.

12.02.2016 tarixindən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisidir.

İlk baxışdan, xüsusilə də, adi öləri baxışından, hörmətə layiq təhsil və iş təcrübəsidir, əslində isə bütün bu qiyabi «universitetlər» və «məktəblər», həmçinin «köməkçi», «məsləhətçi» vəziələri və s. Adi sabun köpüyündən başqa bir şey deyil, pulla alınmış diplomların adları və adi «nökər»in özünün yerində də deyil, müavininin yeürində vəzifə. Eyni vaxtda iki, üç, hətta dörd vəzifəni daşımaq isə ən azı insanı narahat edir. Lap sovet vaxtının universal çilingəri imiş.

Piyadadan vəzirə qədər

Hətta bu anlaşılmaz tərcümeyi-haldan da bəlli olur ki, Ermənistan MTX-nin yeni başçısı heç vaxt güc strukturlarında işləməyib (10 gün ərzində baş prokurorun müavini olmasını nəzərə almasaq), orduda xidmət etməyib. Kutoyanın 2011-ci ildə adi hüquqşünaslıqdan möcüzəvi şəkildə prezident köməkçisinə çevrilməsi də vəziyyəti xilas etmir.

Bütün bunlar yenicə MTX rəisi olmuş şəxsin həyat hekayəsinin rəsmi təqdimatıdır və özü=özülüyündə az sual doğurmur. O ki qaldı Kutoyanın əsl həyat yoluna, Ermənistanın elitasına daxil olan insanlara aid adət halını almış təcrübəyə əsasən, onun təyinatından dərhal sonra mətbuatdan çekistin nüfuzuna azca da olsa xələl gətirə biləcək bütün materiallar tez-tələsik yığışdırıldı. Axı hələ Dzerjinski demişdi ki, çekistin «soyuq başı, isti ürəyi və təmiz əlləri» olmalıdır. Həyat yolundakı faktlrın belə silinməsi isə adətən nüfuzun əməlli-başlı korlanmasından xəbər verir.

Sarkisyan qambitlərinin xırda fiquru

İlk növbədə, hər yerdən MTX-nin keçmiş rəhbəri, 70 yaşlı Qorik Akobyanın bəyanatı yoxa çıxdı ki, həmin bəyanatda o, öz səlahiyyətlərinin gənc və təcrübəsiz Kutoyana ötürülməsinə kəskin şəkildə qarşı çıxırdı.

Akobyan deyirdi ki. MTX-nin başçısı təşkilatda çoxillik iş təcrübəsi olan insan olmalıdır. Özünün davamçısı kimi o müavini Qrant Yepiskopranı, ya da ən pis halda Konstitusiya Məhkəməsi sədrinin qardaşı Aleksan Arutyunyanı görürdü.

Bəzi dairələrdə danışırdılar ki, Akobyan ölkənin təhlükəsizliyinin başçısı səlahiyyətlərini təhvil versə də, strukturda prezidentin MTX-də xüsusi nümayəndəsi kimi qalacaq. Amma görünür, Kutoyanın təyinatı köhnə çekistin elə xoşuna gəlməyib ki, o doğma təşkilatı tərk edib.

Maraqlısı odur ki, erməni KİV və onların yuxarılardakı informatorlarına inansaq, Qorik Akobyan MTX başçısı vəzifəsində o vaxta kimi qalmalı idi ki, Dağlıq Qarabağda Bako Saakyanın idarəçilik müddəti başa çatsın. Serj Sarkisyan bu vəzifəni ona söz veribmiş.

Elə həmin «məlumatlı» KİV yazırdı ki, Kutoyanı gözlənilmədən baş prokurorun müavini təyin etməklə Sarkisyan xoşlamadığı Apellyasiya məhkəməsinin rəhbəri Armen Mkrtumyandan can qurtarmaq məqsədi güdür. Başqa sözlə, mürəkkəb kombinasiya qurulmuşdu: bir müddət sonra Kutoyan artıq baş prokuror olmalı, fəaliyyətdə olan baş prokuror, nökər qədər sadiq Gevorq Kostanyan isə Mkrtumyanın yerinə keçməli idi. Deyilənə görə, Baş Prokurorluğun binasında artıq Kutpoyan üçün kabineti də təmir ediblərmiş, lakin işlər deyildiyi kimi olmadı.

Əldə nə var idisə, ondan da düzəltdilər

Buna baxmayaraq, yeni təyin olunmuş şəxsin müsbət imicinin yaradılması prosesi gedirdi. Keçmiş müdafiə naziri — bu yaxınlara qədər qatı müxalifətçi, indi isə hakimiyyətə loyallığı ilə seçilən Ermənistan İctimai Şurasının rəhbəri Vazgen Manukyan Sarkisyanın yeni təyinatının şərh olunması üçün jurnalistlərin xahişinə cavab olaraq Kutoyanın ünvanına bir vedrə kompliment yağdırdı, amma bütün bunlar şübhəli görünürdü. Məsələn, Manukyan bildirib ki, Kutoyanla uzun illər ərzində münasibət zəminində gənc onda çox müsbət təəssürat oyadıb. Lakin 34 yaşlı Kutoyanla bu «uzun illər münasibət»in harada və necə baş tutmasını keçmiş nazir Manukyan xatırlaya bilməyib.

Yeri gəlmişkən, elə həmin KİV 2014-cü ildə o zaman prezident köməkçisi olan Kutoyanı Ermənistanın Avropa məhkəməsindəki təmsilçi hakimi simasında görürdülər, lakin sonradan susdular. Bir nəfər üçün baş tutmamış təyinatlar nəsə yaman çoxdur.

Ermənistanda konstitusiya islahatları prosesində də Kutoyan gözə dəymişdi. Elə həmin prezident Sarkisyanın təyinatı ilə o nəzərdə tutulan dəyişikliklər üzrə komissiyaya daxil edilmişdi və onların təşviqində, sonradan isə təsdiqində fəal iştirak etmişdi. Lakin görünür, onun iştirakı elə həmin islahatlar kimi yalan idi.

«Dördüncü hakimiyyət» qəzeti Kutoyan barədə diqqətəlayiq məqalə ilə çıxış etmişdi. Nəşr iddia edir ki, Kutoyanın MTX-yə rəis təyin edilməsi hələ ilin əvvəlində müəyyənləşdirilmişdi, lakin ölkə Konstitusiyasına görə, prezident öz aparatının əməkdaşını təhlükəsizlik xidmətinin rəhbəri təyin edə bilməz (köməkçisi idi axı), buna görə də, yəqin ki, aralıq mərhələ kimi, baş prokurorun müavinliyi seçilmişdi ki, bu vəzifədə Kutoyan heç 10 gün də duruş gətiurmədi.

Yenə həmin qəzey bildirir ki, əlində olan səhih məlumatlara əsasən, Kutoyanın atası, həkim-ginekoloq, Yerevandakı «Kanaker-Zeytun» doğum mərkəzinin müdiri bir vaxtlar oğlunun orduya getməməsinə nail olub. Maraqlıdır ki, bu məqalə qəzetin elektron versiyasında fevralın 12-si səhər dərc edilmişdi, axşam isə silinmişdi.

Ölümündən sonra əsgəri alçaltdılar, müstəntiqi isə aradan götürdülər

Georgi Kutoyanın adı 2012-ci ildə o vaxtlar Ermənistanın hərbi prokuroru işləyən Gevorq Kostanyanla Xüsusi istintaq xidmətinin başçısı Andranik Mirzoyan arasında baş vermiş qalmaqallı münaqişədə hallanır. O zaman Mirzoyanı, KİV-in yazdığına görə, «yüksək rütbəli polislər tərəfindən vəsaitlərin mənimsənilməsi ilə bağlı bəzi işlərə» görə, həmçinin Şuşa şəhərindəki təcridxanada intihar etmiş müddətli əsgər Ayk Arutyunyanla bağlı hadisədən sonra vəzifəsindən uzaqlaşdırmışdılar. O zaman Serj Sarkisyanın mövqeyini qısqanclıqla müdafiə edən Kutoyan açıq şəkildə Kostanyanın tərəfini saxlayırdı.

Hər şey ondan başladı ki, 2012-ci ilin may ayının 2-də səhər prezident aparatındakı müşavirədə Mirzoyan Sarkisyana əsgər Ayk Arutyunyanın intihar faktı ilə bağlı təfərrüatları təqdim etdi. İstintaq xidmətinin başçısı inadla bildirirdi ki, əsgəri intihar həddinə onun xidmət etdiyi hərbi hissədəki zabitlər çatdırıblar.

Lakin o zaman hərbi prokuror Kostanyan, Mirzoyanın əksinə, deyilənə görə, bir sıra sübutlar irəli sürüb və göstərib ki, xüsusi istintaq idarəsinin rəisi yalan danışır və saxta dəlillər gətirir. Kutoyan Kostanyanın və onun sübutlarının tərəfini saxlayaraq söz verdi ki, iclasdan sonra hüquqşünas kimi, şəxsən prokurorun təqdim etdiyi dəlilləri araşdıracaq və prezidentə məruzə edəcək.

Kutoyanın orada «hüquqşünas kimi nəzərdən keçirdiyi» nə idi məlum deyil, lakin artıq bir neçə gündən sonra Mirtzoyan vəzifəsini itirdi. «168 saat» qəzeti isə bu rüsvayçı-faciəvi əhvalata işıq salan geniş məqalə ilə çıxış etdi.

Misal üçün, bildirilirdi ki, əsgər Ayk Arutyunyan səhhətində ciddi problemlərin olmasına baxmayaraq, orduya çağırılıb. Bir neçə ay ərzində Arutyunyan müvafiq orqanlara müraciət edərək, təkrar tibbi ekspertizanın keçirilməsini xahiş etmişdi. Bununla bərabər, o hərbi prokurorluğa müraciət edərək bilrdirmişdi ki, zabit heyəti tərəfindən zorakılığa məruz qalır. Lakin əsgərin şikayətlərinə cavab verilməmişdi və Arutyunyan hərbi hissədən qaçmağa məcbur olmuşdu.

Lakin onu tutaraq fərariliyə görə cinayət işi açmışdılar.

Hərbi prokurorluğun vasvası müstəntiqi o zaman gəncin fiziki və psixi sağlamlığını yoxlamaq üçün bir sıra məhkəmə-tibb ekspertizası təyin etmişdi və bunlar, göründüyü kimi, həqiqətin əsgərin tərəfində olduğunu göstərmişdi. Lakin silahlı qüvvələrin şərəfini qoruyaraq, Kostanyan şəxsən həkimlərin bütün nəticələrini saxtalaşdırır və Arutyunyan tamamilə sağlam sayılır.

Məlumatlı insanlar deyirlər ki, bunu Kostanyan Bako Saakyanın göstərişi ilə etmişdi.

Sünik marzının birinci instansiya məhkəməsi (hakim Sergey Agababyan) Arutyunyanı 2 il müddətinə azadlıq məhrum etmişdi. Hökmün çıxarılmasından 3 gün sonra Arutyunyan intihar etmişdi. O zaman keçirilmiş daha bir ekspertiza göstərmişdi ki, gənc oğlan doğrudan da xəstədir və onu əsgərliyə çağırmamalı idilər.Lakin başını itirmiş Kostanyan hər şeyi tabeliyində olanların — prokurorların və müstəntiqlərin üstünə atmağa başlamışdı və onlara qarşı cinayət işləri açılmışdı.

Kimsə düşünürsə ki, bu işdə Xüsusi istintaq idarəsinin rəisi Mirzoyan müsbət qəhrəman idi, çox yanılır. Əvvəlcə o Kostanyanın tərəfini saxlayırdı və onun etdiklərini hər cür ört-basdır etməyə çalışırdı. Prezident aparatındakı müşavirədə Kutoyanın köməyi ilə Kostanyanın Mirzoyanı pis vəziyyətdə qoymasının səbəbləri barədə isə heç bir şey məlum deyil.

Gəlirlər və daxilolmalar

Yəqin ki, bütün bunlar Sarkisyanın yeni marionetinin heç də qüsursuz olmayan karyerasının yalnız görünən tərəfləridir və biz hələ lazım olduqca lazımi iplərini çəkməklə prezidentin onu gətirəcəyi Vətən qarşısındakı gələcək «xidmətlərindən danışmırıq. Hələliksə, görüntünün tamlığı üçün Kutoyan və onun ailə üzvləri tərəfindən təqdim edilmiş gəlirlər və yatırlar haqda bəzi hesabatları, həmçinin onun yaşayış ünvanını diqqətinizə çatdırırıq ki, bunlar heç də eyni anlayışlar deyil.

2001-ci ilin əvvəllərində, Kutoyan hələ prezidentin köməkçisi olduğu dövrdə o, 8,7 milyon dram bank əmanətinin olduğunu bildirmişdi. Maraqlıdır ki, ilin soinunda bu rəqəm 5 milyona qədər enmişdi.

2012-ci ildə Kutoyan maaş kimi aldığı 3,42 milyon dramı bəyan etmişdi. 2013-cü ildə prezident köməkçisinin əmanətləri azalaraq cəmi 2 milyon dram olmuşdu. Maaşı isə artırdı və 2013-cü ildə 3,74 milyon dram təşkil etmişdi. 2014-cü ildə əmanətin həcmçi dəyişmədi (2 milyon), maaş isə yenə kəskin şəkildə artdı və 5,24 milyon dram oldu.

Kutoyanın arvadı Asmik Bişaryan 2012-ci ilin əvvəlində 7 milyon dram əmanət barədə bəyanat verdi, 2013-cü ildə bu rəqəm 5 milyona, 2014-cü ildə isə 4 milyon drama endi.

Kutoyanın atası Karen Kutoyan 2011-ci ildə 6,64 milyon dram həcmində gəlirləri barədə bəyanat verib. 2012-ci ildə bu, 3,58 milyon, 2013-cü ildə 3,75 milyon, 2014-cü ildə isə 3,88 milyon dram olub. Kutoyanın anası Alisa Kutoyanın əmanəti və gəliri yoxdur. Maraqlıdır ki, bütün 2015-ci il boyunca Kutoyanlardan heç biri əmanətləri, gəlirləri və əmlak alqısı barədə hesabat verməyiblər.

Georgi Karenoviç Kutoyan bu ünvanda yaşayır: Yerevan şəhəri, Şenqavit administrasiyası, Surb Zoravar küçəsi, 44/1.

Yerevanın kiçik mərkəzində Saryan küçəsi, 10 ünvanında elit mülkün sahibidir (arvadı Asmik Bişaryanın adınadır).

Kutoyanın ailə üzvləri Surb Zoravar küçəsi, 44/1 ünvanında elit mülkə sahibdirlər:

Kutoyan Aida Karenovna (bacısı) — 23.07.1979,

Kutoyan Alisa Lvovna (anası) — 26.01.1957,

Kutoyan Georgi Matveyeviç (babası) — 15.09.1931,

Kutoyan Karen Georgiyeviç (atası) — 11.06.1957.

Vaan Martirosyan, xüsusi müxbir

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ermənilər Rusiyaya qarşı ayağa qalxır

%d bloqqer bunu bəyənir: