Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ermənistan sərhədlərinə kameralar quraşdırır

Ermənistanın “Astromaps” şirkəti ölkə sərhədlərini daimi izləməyi bacaran cihaz hazırlayıb.

Azvision.az-ın verdiyi xəbərə görə, cihazı hazırlayan şirkətin direktoru Aram Ediqaryan “news” saytına müsahibəsində deyib ki, yeni cihaz müdafiə standartlarına tam uyğun işlənib.

Kamera-teplovizor əsasən günün qaranlıq vaxtında, adi kamera isə gündüz iş üçün nəzərdə tutulub. Bundan başqa, cihazın səs yazmaq funksiyası da var.

Direktor əmin edib ki, onların istehsal etdiyi yeni cihaz xarici analoqlarından fərqlənmir: “ Artıq yeni cihaz Ermənistan Müdafiə Nazirliyinin diqqətini çəkib”.

Ehtimal edilir ki, yeni cihaz yaxın vaxtlarda Ermənistanın sərhədlərində quraşdırılacaq.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Ukraynadan Türkiyəyə uçan təyyarədə bomba həyəcanı

%d bloqqer bunu bəyənir: