Loading...
Loading...

Ermənistan Müharibəyə hazırlaşır

İyunun 17-dən 19-a kimi Bakıda keçiriləcək Formula 1 Avropa Qran prisi yarışları zamanı Ermənistan ordusu qoşunların təmas xəttində hücuma cəhd edə bilər.

24saat.org ANS PRESS-ə istinadən xəbər verir ki , bu barədə Müdafiə Nazirliyinin keçmiş işçisi, polkovnik-leytenant Üzeyir Cəfərov Ermənistan ordusuna əhv edilmiş dustaqların və Donbas terrorçularının cəlb edilməsi xəbərini şərh edən zaman bildirib: «Əslində, Ermənistan bu adamları orduya əsgər çatışmazlığı üzündən cəlb etməyə çalışır. Amma bununla belə, Ermənistan heç bir beynəlxalq hüquqa hörmət etməyən bir dövlət kimi istənilən addımı ata bilər».

Erməni mətbuatının yaydığı məlumata görə, mayın 15-də İrəvanın «Vardaşen» həbsxanasının 8 dustağı əfv edilərək Qarabağa göndərilib. Həmçinin Ukrayna Ali Radasının deputatı Dmitri Timçuk öz «Facebook» səhifəsində 300-ə yaxın Donbass separatçısının mümkün hərbi əməliyyatlarda iştirak etmək üçün Dağlıq Qarabağa göndərildiyini bildirib.

Hər şey 1980-ci illərin sonlarına bənzəyir. Həmin illərdə də Ermənistan rəhbərliyi dünyanın müxtəlif ölkələrindən dustaqları və terrorçuları Dağlıq Qarabağa cəlb etməyə başlamışdı. 1985-ci ildə terrorda iştiraka görə Fransada tutularaq 6 il həbs cəzası almış Monte Melkonyan da Ermənistan baş nazirinin səyləri nəticəsində həbsdən azad edilərək Dağlıq Qarabağa gətirilmişdi. 1989-cu ilin dekabrında Monte Azərbaycanın Goranboy rayonunun Todan kəndinə hücum edən terrorçuların sıralarında idi.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Qarabağ”ın çempionluq kuboku – FOTO

%d bloqqer bunu bəyənir: