Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ermənistan Mingəçeviri vursa, Azərbaycan Metsamoru vuracaq

“Azərbaycan Ermənistandakı bütün obyektlərlə yanaşı, Metsamor AES-ini də vura bilər. Bizim cavabımız işğalçılar üçün daha dəhşətli olar”. 
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Metsamor Atom Elektrik Stansiyasının bölgə üçün yaratdığı təhlükədən, Ermənistanın Azərbaycana nüvə və bir sıra təhdidlərinə münasibət bildirərkən deyib.
Elxan Şahinoğlunun sözlərinə görə, təkcə Azərbaycan üçün yox, Cənubi Qafqaz üçün təhlükəyə çevrilib: “Metsamor nəinki Azərbaycan, bölgə üçün təhlükə mənbəyinə çevrilib. Azərbaycan Metsamorla bağlı iki istiqamətdə beynəlxalq aləmə mesaj göndərdi. Birincisi odur ki, orda avadanlıqlar köhnəlib. Hər hansı bir qəza baş versə, bu bütün bölgə üçün təhlükə mənbəyinə çevriləcək. Cənubi Qafqazda ikinci Çernobil yaşana bilər.
Elxan Şahinoğlu
İkinci mesaj odur ki, Ermənistan hakimiyyəti Metsamordakı nüvə tullantılarından çirkli bombanın hazırlanması üçün istifadə edə bilər. Bu haqda siqnalların sayı da çoxalır. Gürcüstan sərhəddində tutulan ermənilərdə də radiaktiv maddələr var idi. Üstəlik Ermənistanın bəzi deputatları Azərbaycanı nüvə bombası ilə hədələyir. Bütün bunlar ikinci istiqamətin aktual olduğunu göstərir. Çirkli bomba hazırlana və ondan istifadə edilə bilər”.
Politoloq bildirib ki, Azərbaycan hər an Metsamoru vura bilər: “Ermənistan hakimiyyətinin bəzi mənsublars, hətta müdafiə naziri bizi Mingəçevir Su Elektrik Stansiyasını vurmaqla təhdid etdi. Bu stansiya Azərbaycan üçün çox böyük strateji əhəmiyyətə malikdir. Həqiqətən Mingəçevir SES-i üçün təhlükə yaransa, onlar anlamalıdır ki, eyni təhlükə Metsamoru da gözləyir. Çünki buna Azərbaycan seyirçi qalmıyacaq. Ölkəmizin uzaq mənzilli raketləri var. Ermənistanın bütün stansiyalarını neytrallaşdıra bilər.
Mingəçevir SES
“Mingəçevir SES-inin vurulması bölgəni fəlakətə sürükləməkdir. Çünki orda kifayət qədər güclü su axını var. Bu artıq qlobal savaşa çevriləcək. Biz Ermənistandakı bütün obyektlərlə yanaşı, Metsamoru da vurarıq. Düzdü metsamorun vurulması bölgə üçün problem ola bilər. Ancaq Mingəçevir SES-nin vurulması Azərbaycan və bölgə üçün çox böyük fəlakətlərə gətirə bilər. Bizim cavabımız işğalçılar üçün daha dəhşətli olacaq”.
 
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

”Azərbaycan hakimiyyəti bütün xalqın imicini korlayır” – Con Makkeyn

%d bloqqer bunu bəyənir: