Loading...
Loading...

Ermənistan Dövlət Elm Komitəsi: Yerevanın nüvə silahı yoxdur

Ermənistanın nüvə silahı yoxdur və respublika onu yaratmağı düşünmür, bununla yanaşı, ölkədə nüvə fizikası üzrə mütəxəssislər var.

RİA Novosti xəbər verir ki, bu barədə bazar ertəsi Dövlət Elm Komitəsinin sədri Samvel Arutunyan bəyan edib.

“Bizim nüvə fizikası üzrə gözəl mütəxəssislərimiz var, erməni əsilli mütəxəssislərin çoxu xaricdədir.

Nüvə silahına sahib olmaq üçün külli miqdarda vəsait olmalıdır. Bundan başqa, biz nüvə silahının istehsalı ilə məşğul olmayacağımıza, dinc əməklə məşğul olacağımıza dair razılaşma imzalamışıq”, – Arutunyan “Birinci informasiya” kanalına müsahibə zamanı bildirib.

Arutunyan, həmçinin bildirib ki, hazırda Ermənistanda pilotsuz uçan aparatların sınağı keçirilir.

“Bizdə çoxdandır ki, uçan aparatlar istehsal edilir və bu istiqamətdə işlər aparılır”, – o deyib.

Xatırladaq ki, bir müddət öncə Ermənistan parlamentinin deputatı, keçmiş baş nazir Qrant Baqratyan Ermənistanın nüvə silahı olduğunu bəyan edib. Ölkə parlamentinin vitse-spikeri və Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov daha sonra bəyan ediblər ki, bu, Baqratyanın şəxsi fikridir və Ermənistan nüvə silahı istehsal etməyi planlaşdırmır.(oxu.az)

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Medvedev Bişkekdə səfərdədir

%d bloqqer bunu bəyənir: