Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ermənistan BMT-də “DQR” adından “bəyanat” yaydı

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında “bəyanat” yayması barədə xəbərləri Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) növbəti uydurmasıdır.

Virtualaz.org-un məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistan XİN-də xülya və mifologiyanın reallıqla qarışıq salınması artıq heç kimi təəccübləndimir: “Əslində Ermənistanın BMT yanında Daimi nümayəndəliyi öz statusundan sui-istifadə edərək və BMT sisteminə və üzv dövlətlərə hörmətsizlik nümayiş etdirərək qondarma rejim adından bu kimi kağız parçalarını yaymağa cəhd edir”.

O əlavə edib ki, ətraf mühitə hörmətlə yanaşılan BMT sistemində adətən bu qəbildən olan izafi kağız parçaları makulatura məqsədilə istifadə edilir.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

“Azərbaycanlılar hərbçilərimizi məhv edə bilərlər”

%d bloqqer bunu bəyənir: