Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
106017

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” – Sarkisyan

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin hesab edirik ki, Dağlıq Qarabağ probleminin həllində xalqların öz müqəddəratını təyin etməsi nəzərə alınmalıdır.

Moderator.az xəbər verir ki, bu sözləri prezident Serj Sarkisyan “Ria Novosti”yə açıqlamasında deyib:
“Biz istənilən ölkənin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Lakin xalqların öz müqəddəratlarını təyin etmək haqqı ərazi bütövlüyü prinsipinə zidd deyil. Çünki ərazi bütövlüyü dövlətlərarası əlaqəyə daxildir, müqəddaratını təyinetmə isə kompakt yaşayan xalqlara aiddir. Bütün məsələlər güc tətbiq etmədən həll edilir, xüsusən də, öz tarixi yurdunda. Əgər biz xalqların öz müqəddaratlarını təyin etməsini inkar ediriksə, o zaman Sovetlər birliyinin də tərkibindən çıxmamalı idik”.
Sarkisyan həmçinin, İrəvan və Bakının bir neçə dəfə Dağlıq Qarabağın nizama salınması ilə bağlı sənədin imzalanmasına yaxın olduğunu qeyd edib. O, belə bir sənədin imzalanmasına Ermənistan tərəfinin hələ də hazır olduğunu bildirib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

İlham Əliyev Assancı müdafiə etdi – Prezident və vitse-prezident arasında sərt dialoq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: