Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ermənilərin yeni müharibə planı

Hadisələrin gedişi göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hərbi ssenari gündəmdən çıxmayıb, qalır. “Bz bu torpaqları qanla almışıqsa, elə-belə verməcəyik” tezisini siyasətdə ön plana çəkənlər Ermənistan cəmiyyətini yeni müharibəyə aparırlar və bunun üçün müxtəlif vasitələrə əl atırlar.

Bu barədə Milli.Az-a politoloq İlqar Vəlizadə Ermənistanda baş verən son hadisələri və prezident Serj Sarqsyanın davranış və çıxışlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, son günlər Ermənistanda baş verən hadisələr, polis binasının silahlılar tərəfindən zəbt edilməsi, prezident Sarkisyanın bəyanatları və Qarabağda səngər qazmaq çağırışları Ermənistan cəmiyyətində artıq onillərdir sürən “biz bu torpaqları qanla almışıqsa, elə-belə verməcəyik” fikrinin “təntənəsi”dir. Hərçənd, bu, çox yanlış və erməni cəmiyyətini uçuruma aparan fikirdir:

“Bu tezisi hakimiyyətlə yanaşı müxalifət də bölüşür. Hər hansı dairədə bundan kənara çıxmağa yönəlmiş addımlar o dəqiqə etirazla qarşılanır və çox acınacaqlı vəziyyətə gətirib çıxarır. Məsələn, Levon Ter-Petrosyan güzəştlərdən hətta söhbət aparanda 1998-ci ildə onu devirdilər. Ermənistan parlamentinin sədri Karen Dəmirçiyan da güzəşt məsələsini ərsəyə gətirmək istəyəndə parlamentdə terror aktı törədildi, özünü də güllələndir. Serj Sarkisyan da elə bir adamdır ki, ya Moskva və ya başqa qüvvələr onu güzəştlərə sürükləsələr, özü qorxaq olduğundan onlara qarşı cəsarət göstərə bilməz. Ona görə də vəziyyətdən istifadə edərək Rusiya tərəfə verdiyi vədlərdən və ya danışıqlar masasında danışdıqlarından geriyə addım atır. Lakin Sarkisyanın bunun üçün nə siyasi potensialı, nə də iradəsi var. Belə bir situasiyada Ermənistan cəmiyyətində təkcə daxili siyasətdə deyil, Qarabağ məsələsində də böhran hökm sürür. Ona görə də özlərində güzəştli addımların atılması ilə bağlı cəsarət tapa bilmirlər”.

Ona görə də politoloq düşünür ki, bu yanaşma bölgədə müharibənin yenidən alovlanması ehtimalını daha da artırır: “Müxtəlif fərziyyələr var ki, polis məntəqəsinin zəbt edilməsi məsələsi hakimiyyətin özü tərəfindən hazırlanıb. Mən isə başqa cür fikirləşirəm. Bu hadisəni törədənlər, hazırda həbsdə olan keçmiş səhra komandiri Jirayr Səfilyan və digərləri I Qarabağ müharibəsinin veteranları və ya aktiv iştirakçılarıdır. Onlar güzəştlə bağlı hər hansı perspektivə həmişə tənqidi yanaşıblar. Ona görə də bu insident çox güman ki, idarə olunmayan hadisədir. Amma indiki iqtidar ondan çox səmərli şəkildə istifadə etməyə və radikal fikirləri dəf etmək əvəzinə onlarla oynamağa başlayıblar. İqtidar onların bu etirazını çox güman ki, bir arqument kimi həm daxili, həm də xarici auditoriya, xüsusən də Rusiyanın qarşısına qoyacaqlar ki, biz bu təzyiqlərin altında heç nə edə bilmərik. Çox güman ki, bu məsələ də Rusiya ilə bir alver predmetinə çevriləcək. Belə bir ssenari var ki, Sarkisyanı devirsinlər, əvəzinə kimsə başqası gəlsin. Sarkisyan isə bununla göstərmək istəyir ki, mən getsəm və başqaları gəlsə, məndən də pisləri hakimiyyətə gələ, onda daha pis vəziyyət yanara bilər. Amma bütün hallarda bu, bir oyundur. Nəticə də odur ki, indiki şəraitdə Dağlıq Qarabağ məsələsində güzəşti nə iqtidardan, nə də müxalifətdə heç kəsdən gözləmək olmaz. Belə olan halda isə Azərbaycanın çıxış yolu yalnız müharibəyə hazır olmaqdan keçir. Bu, nə qədər acı da olsa, reallıqdır”.

İ. Vəlizadə müharibənin gerçəkləşməsi vaxtı ilə bağlı mümkün ehtimalı da açıqlayıb: “Biz hələlik prezidentlərin Fransada nəzərdə tutulan növbəti görüşünü gözləyirik. O görüş uğursuz keçsə və ya onun vaxtı yarım ilə qədər uzadılsa, bu ərəfədə cəbhədə aprel hadisələrinə bənzər hərbi əməliyyatların keçiriləcəyini istisna etmək olmaz. Başa düşürük ki, böyük müharibə həm regional təhlükəsizliklə bağlı, həm də digər ölkələrlə münasibətlərlə bağlı çətinliklər gətirəcək. Amma lokal müharibə güman ki, mümkündür və aprel hadisələri göstərdi ki, belə təzyiq metodları ilə bunları bəlkə də düz yola gətirə bilərik. İş burasındadır ki, Ermənistan tərəfi dinc oturmur və “lider”lər istəyirlər ki, Azərbaycan ordusunu geriyə çəkilməyə məcbur etsinlər. Çox güman ki, bununla bağlı hansısa plan da hazırlanır və bu planın həyata keçirilməsi cəhdi bizə imkan verəcək ki, daha bir uğurlu hərbi əməliyyat reallaşdıraq”.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Qarabağda böyük müharibə yaxınlaşır

%d bloqqer bunu bəyənir: