Loading...
Loading...

Ermənilərin Obamadan “soyqırım” tələbi

ABŞ Erməni Milli Komitəsi prezident Barak Obamadan Almaniyadan nümunə götürərək “erməni soyqırımı”nı tanımağa çağırış edib. ANS PRESS-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verib.

Təşkilatın rəhbəri Aram Qamparyanın sözlərinə görə, Almaniya Bundestaqının “erməni soyqırımı”nı rəsmən tanıması gələcəkdə Türkiyənin təcrid olunmasına töhfə verəcək.

“Almaniya Bundestaqının “erməni soyqırımı”nı tanıması beynəlxalq ictimaiyyətin diqqətini ABŞ prezidenti Barak Obamanın Türkiyə siyasətini dəstəkləyərək cinayət faktını inkar etməsinə yönəldir”, – deyə bəyanatda bildirilir.

Barak Obama\

“Obamanın Almaniyadan nümunə götürərək Türkiyə siyasətini rədd etmək və “erməni soyqırımı”nı tanımaq üçün hələ vaxtı var”, – deyə Aram Qamparyan vurğulayıb.

ABŞ prezidenti Barak Obama heç vaxt Osmanlı imperiyasında 1915-ci il hadisələrini ermənilərin gözlədiyi kimi “erməni soyqırımı” adlandırmayıb.

Sonuncu dəfə Ağ Ev rəhbəri 1915-ci il hadisələrindən söz açarkən ənənəvi müraciətində yenə “soyqırım” sözündən qaçıb və bunun əvəzində “böyük fəlakət” ifadəsini işlədib. Bundan başqa, B.Obama bu məsələnin yeni olmadığını, mövqeyinin dəyişməyəcəyini vurğulayıb.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma “soyqırım”ı tanıyıblar. Bir sıra Avropa ölkələri prezidentləri də bu hadisəni “soyqırım” kimi qəbul etdiklərini açıqlayıblar.

Bu gün Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni “soyqırımı”nı səsverməyə çıxarıb. Almaniya Bundestaqı tarixdə heç vaxt baş verməyən “erməni soyqırımı”na dair qətnamə layihəsini qəbul edib. Bununla da ermənilərin saxta iddialarına inanan ölkələrin sayı artaraq 25-ə çatıb.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

ABŞ-dan Rusiyaya Gürcüstan – Çağırışı

%d bloqqer bunu bəyənir: