Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ermənilərin itkiləri ilə bağlı dəhşətli faktlar – FOTOLAR

rrAprelin 2-nə keçən gecə cəbhə xəttində baş verən qanlı döyüşlərdə ermənilərin onlarla ölən hərbçisi ilə yanaşı yüzlərlə yaralısı var. Ötən gündən etibarən Ermənistan KİV-də yerləşdirilən məqalələrin başlıqları yalnız bir istiqamətdə qoyulur: “Yaralılar niyə Qarabağdan İrəvana gətirilir?” və ya “Ermənistanın Müdafiə Nazirliyi itkilərlə bağlı niyə susur?” və.s.
Erməni mətbuatı da açıq şəkildə etiraf edir ki, Qarabağdakı son döyüşlərdə Ermənistan tərəfi o qədər itki verib ki, yaralıların yerləşdirilməsi üçün Qarabağdakı hospitallarda yer qalmayıb və onlar helikopterlərlə, avtomobillərlə İrəvana göndərilir. “Armenianreport” yazır ki, Azərbaycan Müdafiə Nazirliyi şəhidlərinin sayını açıqlasa da Ermənistan Müdafiə Nazirliyi real itkiləri gizlədir və susur.
“Erməni jurnalistlər məlumatları mülki vətəndaşlardan, tibb mərkəzlərindən, ölən əsgərlərin gətirildiyi kilsələrdən və ya təsadüfi şahidlərdən alırlar. Şahidlər isə dəhşətli faktlar deyirlər. Bildirirlər ki, yaralıların sayı o qədərdir ki, onları daşımaq üçün helikopterlər çatmır, avtomobillərlə daşıyırlar. Ona görə də onlar yolda ölürlər. Həkimlər çatışmır, dərmanlar yoxdur”, – erməni saytı yazır.
Ümumiyyətlə, erməni mətbuatı döyüşlər başlayan gündən etibarən Ermənistan Müdfaiə Nazirliyini itkiləri gizlətməkdə, yalan məlumatlar yaymaqda günahlandırır. Təsadüfi deyil ki, bu gün Ermənistanda əsgər anaları növbəti etiraz aksiyası keçiriblər.
Ermənistan prezidenti Serj Sarkisyan döyüşlər zamanı 18 hərbçinin öldüyünü, 35 hərbçinin yaralandığını bildirsə də əsgər anaları buna inanmırlar.  Azərbaycan MN məlumat verir ki, döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Bundan başqa qeyd olunur ki, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.(anspress.com)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Cəbhədən son xəbər: Döyüşlər davam edir, Azərbaycan Ordusu işğaldan azad edilmiş ərazilərə nəzarət edir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: