Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ermənilərin apreldəki təxribatlarıyla bağlı Avropa Məhkəməsinə 200 şikayət ərizəsi verilib – Rəsmi

Azərbaycan bu il aprelin əvvəlində Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla bağlı Avropa İnsan Haqları Məhkəməsinə 200-dən çox şikayət ərizəsi göndərib.
Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov məlumat verib.
O bildirib ki, bu proses davam edir, növbəti müddətdə də şikayətlər göndəriləcək
Xatırladaq ki, bu il aprelin 2-5-də baş verən döyüşlər zamanı erməni tərəfi Azərbaycanın 500-dən çox mülki və sosial obyektinə ziyan vurub, azərbaycanlı hərbçilərin meyitlərinin üzərində qeyri-insani rəftara yol verib və s. hərəkətlər edib. (report.az)

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Bakıda maraqlı aksiya – Uşaqlar yol polisi oldular – VİDEO

%d bloqqer bunu bəyənir: