Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ermənistan iflasa gedir – ETİRAF ETDİLƏR

Ermənistanın “Haykakan Jamanak” qəzeti  maraqlı iddia ilə çıxış edib

24saat.org erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan dövlət borcları durmadan artmağa davam edir. Bu il Aprelində düşmən ölkənin dövlət borcu 5.196.000.000 dollar təşkil edib. Başqa sözlə, 1 il ərzində Ermənistanın dövlət borcları 576 milyon dollar artıb. Bu ötən illə müqayisədə 12.4% çox göstəricidir.

Eyni zaman ərzində dövlət büdcə gəlirlərinin də azaldığını yazan qəzet, bu nisbətin də ötən illə müqayisədə 3.2% azaldığına diqqət çəkib. Bu isə Ermənistanın borc hesabına varlığını davam etdirdiyini göstərməkdədir.

Borc artımına paralel olaraq dövlət gəlirlərinin azalmaqda davam etməsi, Ermənistanın iflasa getdiyini göstərir.

Qəzet iddia edir ki, 2016-cı ilin sonuna qədər Ermənistanın dövlət borcları 6 milyard dolları ötəcək.

24saat.org

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Manakov: “Azərbaycan komandosları yaxşı hazırlanıb”

%d bloqqer bunu bəyənir: