Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ermənilər Qarabağdan qaçır – Ağdərə bomboşdur

Ermənistan KİV-ləri Azərbaycanın işğal altında olan Ağdərə rayonunda videoreportaj hazırlayıb.
24saat.org azvision.az-a istinadən bildirir ki, reportajda sakinlərin öz evlərin tərk etdiyi, Qarabağ ermənilərin aclıq, səfalət içində olduğu qeyd olunub.
Videoada vurğulanır ki, aprel döyüşlərindən sonra Ağdərədə mülki şəxs qalmayıb, demək olar ki, hamı öz evini tərk edib. Ağdərədə yalnız hərbçiləri görmək olar. Onlar cəbhədə olduğu kimi, küçələrdə postlar qurub, növbətçilik çəkirlər.
Qondarma “DQR”nın “administrasiya rəhbəri” də İrəvan hakimiyyətini sərt tənqid edib. Onun sözlərinə görə, şəhərdə sakitçilik nisbidir və burada sülh sözü yad ifadədir.
“Şəhər sakinləri sülh istəyir. Lakin bilmirlər nəyə ümid etsinlər. Ermənistanda tox məmurlar gözəl qalstuklarını bağlayıb, rahat otaqlarda oturublar. 22 ildir ki, bilmirlər hansı problemi həll edirlər”, – deyə “administrasiya rəhbəri” vurğulayıb.
O, kinayə ilə bildirib: “Ermənistanın göndərdiyi yardım hanı? Yenidən İrəvana göndəriblər?”
Görüntülərdən də məlum olur ki, işğal altında olan Ağdərə rayonunda vəziyyət olduqca bərbaddır. Xüsusən də aprel ayının əvvəlində baş verən qısamüddətli müharibə zamanı əlacsız qaldıqlarını və Ermənistan tərəfindən göndərilən hərbi yardımın heç nəyə yaramadığını vurğulayıblar.
Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsi Zaru Amatuni bildirmişdi ki, üç minə yaxın erməni Dağlıq Qarabağda qoşunların təmas xəttindəki gərginliyə görə ərazini tərk edib. Onun sözlərinə görə, Dağlıq Qarabağda yardım və digər ehtiyacların miqyası böyükdür.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Hökumətdən əhaliyə növbəti şok: İşıq və qazın qiyməti qalxır

%d bloqqer bunu bəyənir: