Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
105303

Ermənilər hərbi vergiyə cəlb olunur…

Ermənistanda döyüş şəraitində həlak olmuş və yaralanmış hərbi qulluqçulara təzminat fondu yaradılır. Novator.az-ın məlumatına görə, hökumət sosial istiqamətli bəzi qanunlarda bununla bağlı dəyişikliyi nəzərdə tutan layihə hazırlayaraq parlamentə təqdim edib. Layihədə minimum əməkhaqqı alanları çıxmaqla işləyən şəxslərin maaşından fonda ayda 1000 dram tutulması təklif olunur (478 dram 1 dollara bərabərdir).

Dövlət qaynaqları və özəl mənbələr hesabına maliyyələşəcək fonddan döyüş şəraitində ölən və I qrup əlil olan hərbi qulluqçu üçün 10 milyon dram, II qrup əlil olan hərbi qulluqçu uçun 5 milyon dram birdəfəlik təzminat ayrılacaq.
I qrup əlillər üçün 20 il ərzində sığorta ödənişi nəzərdə tutulur. Zabitlər ayda 300 min dram, gizirlər 250 min dram, sıravi heyət 200 min dram alacaq.
II qrup əlillər üçün də aylıq sığorta ödənişi planlaşdırılır: zabitlərə 200 min dram, gizirlərə 150 min dram, sıravi heyətə 100 min dram veriləcək.
Ailədə 3 və daha çox uşağı olan hərbçilər üçün ayda 100 min dram əlavə ödəniş olacaq.
Yeniliklərin 2017-ci ilin fevralından tətbiq olunacağı bildirilir.(musavat.com)

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Türkiyənin “Cümhuriyet” qəzetinin baş direktoru da tutuldu

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: