Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
1a54344e6a0720c44afbfdc9cda47878

Ermənilər Ağdamın cəbhə kəndində uşaqları atəşə tutdu – REPORTAJ

Ötən gün Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun cəbhəyanı yaşayış məntəqələrini atəşə tutub.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, ən çox rayonun Orta Qərvənd kəndi intensiv atəşə məruz qalıb.
Kənd sakinlərinin sözlərinə görə, saat 17:00 radələrində baş verən atışmada təsərrüfatda çalışan kəndlilər, mal-qara otaran yerli sakinlər və yaşayış evləri hədəf olub. Ermənilər hətta körpə uşaqları da atəşə tutub. Kənd sakini Gözəl Zeynalovaya məxsus bir baş iribuynuzlu heyvana bir neçə güllə dəyib. Heyvan tələf olmasa da, ağır yaralanıb.
11 yaşlı Elvin Zeynalov deyir ki, yanında olan həmyaşıdları ilə birlikdə ərazidən çətinliklə uzaqlaşa biliblər: “Sahədə heyvan otarırdıq, ermənilər bizi atəşə tutdu. Mən əmim oğlu ilə su arxına uzandım. Sonra başqa adamlar da vardı, alaqçılar qaçdı. Əmim oğlu ilə mən də getdik qoyunu yığdıq, əyilə-əyilə qaçdıq. Sonra da atam getdi malı gətirməyə, görüb ki, inəyimizə 2 güllə dəyib”.
Gözəl Zeynalovanın evinin qapı-pəncərəsi və dam örtüyü də atəşə məruz qalıb: “Bax, bura düz evin girəcəyidir. Gəlib girib bura. Əlimlə yoxladım, elə bildim mismardır. Sonra oğlum dedi ki, mama, bu, ermənilərin atdığı güllədir”.
Cəbhə kəndində yaşayan sakinlər həyətlərində hərəkət etməyin real təhlükə mənbəyi olduğunu deyir: “Gündə atırlar. Körpə uşaq var, özüm yaşlı adamam, gəlinim var, oğlum var, hamısı bu evdə yaşayır. Təsərrüfata çıxa bilmirik, heç nə əkə bilmirik, biçə bilmirik. 2-3 baş mal-qaradır, sahəyə çıxaran kimi ermənilər atəş açır, heyvanları güllələyir. Nə yaxşı ki, güllə heyvana dəyib, uşaqlarımıza dəyməyib”.
Ermənilər eyni vaxtda rayonun Ayaq Qərvənd kəndini də atəşə tutub. Kəndin  mərkəzində yerləşən çayxanada olan mülki əhali atəşə məruz qalıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

24saat.org
Loading...

Mehman Hüseynov bu dəfə Səlim Müslümovun imarətini çəkdi – VİDEO

Sonrakı Yazı »

Mirşahin ölkəni tərk etdi – FOTO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: