Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ermənilərə məxsus PUA ələ keçirilib – MN

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfinə məxsus pilotsuz uçuş aparatı endirilib. «Cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus kvadrokopter tipli «DJI PHANTOM» pilotsuz uçuş aparatı xüsusi üsulla endirilərək ələ keçirilib»,-deyə mətbuat xidmətinin məlumatında qeyd edilir.

Aprelin 2-dən 5-nə kimi cəbhədə intensiv hərbi əməliyyatlar keçirilib. Hər iki tərəfdən həm canlı, həm də texnika sarıdan itkilərin olduğu bildirilir. Aprelin 5-i saat 12:00-dan hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilsə də, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda günahlandırır.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

ABŞ Azərbaycanın Leyla və Arif Yunusla bağlı qərarını alqışladı

%d bloqqer bunu bəyənir: