Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
polad_bulbuloglu

Erməni yazardan Polad Bülbüloğluna sərsəm və başıpozuq – İttihamlar

Erməni şovinist yazar, “Şant” TV-nin əməkdaşı Vahe Avanesyan Azərbaycanın Rusiyadakı səfiri, SSRİ xalq artisti Polad Bülbüloğlu barəsində cəfəng, böhtan xarakterli iddialarla çıxış edib.

Avanesyan səfirə yönəlik ağılasığmaz və dəhşətli ittihamlar irəli sürüb ki, buna “bişmiş toyuğun da gülməyi gələr”. Çünki erməninin dediklərində zərrə qədər həqiqət payı yoxdur. V.Avanesyan bioqrafiyası haqda Feysbuk səhifəsində yazıb ki, Dağlıq Qarabağdakı Talış kəndinin məktəbində təhsil alıb. Göründüyü kimi, təxribatçı və özündə əsl erməni murdarlığının xislətini daşıyan Avanesyan görkəmli xalq artistinə şər atmaqdan çəkinməyib.

Erkat kimdir?

24saat.org bu iftira və yalan dolu mətni hazırlarkən sadəcə, ictimaiyyətin içərisində çaşqınlıq yaranmamasını nəzərə alıb. Saytımız hesab edir ki, hörmətli sənətkara və səfirə atılan bu çirkabların cəfəngliyindən oxucular agah olsunlar ki, daha sonra ayrı-ayrı media orqanlarında yayıla biləcək hər hansı əsassız şərhlər onları çaşdırmasın.

Avanesyanın sözlərinə görə, guya Polad Bülbüloğlunun əsl adı Erkatdır. Bu da erməni dilindən Azərbaycan dilinə “polad” mənasında tərcümə edilir. Erməni “ixtiraçı” daha da irəli gedərək iddia edir ki, Poladın əsl atası erməni klarnet çalan Ruben Arakelyan olub. Ruben öz oğlunu Aşot Erkatın şərəfinə adlandırıb. Avanesyanın cəfəng nağılları davam edir. Onun sözlərinə görə, Poladın anası Arakelyanla boşanaraq SSRİ xalq artisti Murtuza Məmmədovla ailə qurub. Burada bir haşiyəyə çıxaraq sadə həqiqəti boşboğaz Avanesyanın gözünə və boş boğazına soxmaq lazım gəlir: Polad Bülbüloğlu 1945-ci ildə Bakıda anadan olub və bülbül səsli atası Bülbülün adını özünə ləqəb götürüb. Şantaj və sərsəm “Şant” TV-nin əməkdaşı şantajdan belə qalmır. Guya P.Bülbüloğlu əsl millətini gizlədir, aşkar ermənifobiya ilə erməni deyil, əsl azərbaycanlı olmasını sübut etməyə çalışır.

Avanesyanın sərsəm çıxışından belə aydın olur ki, onun özünün ciddi kompleksləri var. Erməni jurnalist demək istəyir ki, ya onun ögey atası ermənidir ya da spermalar qarışdığı üçün anası belə başıpozuq bir övlad dünyaya gətirib. Əks halda bu sarsaq erməni niyə narahat olsun ki?!

Avanesiyan daha sonra qeyd edir ki, P.Bülbüloğlunun Rusiya İctimai Palatasında keçirilən, Azərbaycanın müstəqillik gününə həsr edilən dəyirmi masada səsləndirdiyi versiya da təəccüb doğurur: “Guya onun atası Şuşada dəfn edilib, o, özünün 14 yaşlı oğlunu babasının məzarə üstünə apara bilmir. Hansı ki, Poladın ögey atası – müğənni Murtuza Məmmədov Bakıda Fəxri xiyabanda dəfn edilib”.

Təbii ki, heyvərəlik və şər atmaq sərhəd tanımır. İlk növbədə demək lazımdır ki, mərhum sənətkarımız Bülbül həqiqətən də Fəxri Xiyabanda dəfn olunub. Bunu danmağa da ehtiyac yoxdur və səfirimiz heç zaman belə bir çıxış etməyib. Hər halda səfir atasının məzarının harada olduğunu daha yaxşı bilir, nəinki Avanesiyan atasının kim olduğunu…

Üstəgəl, P.Bülbüloğlu tədbirdə erməninin iddia etdiyi kimi çıxışla yadda qalmayıb. Əgər Bülbülün məzarının Şuşada olduğunu desəydi, ən azından bu xətanı Azərbaycan mətbuatı özü ictimailəşdirərdi. Erməni yazarın isə geni qarışdığına görə doğuşundan yaddaşı silinib. Ona görə də səfirin tədbirdə nələr danışdığını xatırlaya bilmir. Amneziya isə müalicə olunmur.

Bülbüloğlu Şuşada hara gedib?

Avanesyan sonra yazır ki, P.Bülbüloğlu guya Ermənistanın Rusiyadakı səfiri Armen Sumbatyanla iki dəfə Dağlıq Qarabağa gəlib: “Burada Şuşaya – atası Ruben Arakelyanın qəbrini ziyarət edib. Düşünürəm ki, insanların gur toplanma yerlərində aparılan hazırkı gözyaşardıcı söhbətlər timsahın göz yaşlarıdır. Axı istək olsaydı Polad öz oğlunu da səfərə apara bilərdi ki, əsl babasının qəbrini ziyarət etsin”.

Görünür ki, erməni bici babasının məzarını tapa bilmir. Daha doğrusu, bilmir ki, hansı babasının məzarını ziyarət etsin?! Hansının əsl babası olduğundan xəbəri yoxdur. Onu da yaxşı bilmir ki, sovet dövründə azərbaycanlı kişilərin məşuqələrinin əksəriyyəti erməni qadınları olub. Ona görə də kiçik bir tarixçəni qulağında sırğa edə bilər. P.Bülbüloğlunun atasının vəfatının il dönümü bir neçə gün qabaq idi. 1961-ci il, sentyabrın 26-da dünyasını dəyişən Bülbül Fəxri Xiyabanda uyuyur.

Oğlu Polad da, nəvəsi Teymur da istədiyi zaman məzarını ziyarət edə bilir.

Yeri gəlmişkən, bu il mayın 18-də məşhur heykəltəraş və rəssam Zurab Seretellinin “Mənim müasirlərim” adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olub. Avanesiyan yaxşı olar ki, səfirin abidəsini ziyarət etsin, önündə baş əysin və sonra öz atasının kimliyi haqda Moskvada DNT analizi versin…

Qeyd edək ki, P.Bülbüloğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə görə hər zaman belə hədyanlar, böhtanlarla üz-üzə qalıb.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Vahid Əhmədov: “Hökumətin tərkibində müəyyən dəyişikliklər ola bilər”

%d bloqqer bunu bəyənir: