Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
azad.jpg

Erməni “Vəhşi”dən bayrağı təslim alan Azad – Video

2003-cü ildə baş verən və illər sonra Yutub sosial şəbəkəsinə yerləşdirilən, o qədər də geniş yayılmayan bu görüntünü tirajlamaq qərarı verdik.

Qaydasız döyüş üzrə Avropa Çempionatının gümüş mükafatçısı Azad Məmmədov 2003-cü ildə Moskvada “Vəhşi” ləqəbli erməni atlet Sergey Paravetyanla qarşılaşıb.

Azad Xocalı faciəsinin 11-ci ildönümü günündə yaş və fiziki göstəriciləri baxımdan özündən xeyli böyük olan erməni ilə qarşılaşarkən, erməni diasporunun nümayəndələri Azərbaycan disporunun təmsilçilərinə qeyri-adi şərt irəli sürürlər. Özlərinə arxayın olan ermənilər uduzan tərəfin öz milli bayrağını qarşı tərəfə təslim edəcəyini bildirirlər.

Birdən-birə bu qaydasız döyüşün milli müstəviyə keçməsi vəziyyəti dramatikləşdirir və Azad bu şərtə razı olur.

Beləliklə, qarşılaşmanın 3-cü dəqiqəsində Azad rəqibi üzərində möhtəşəm qələbə qazanıb, erməni bayrağını alır. Daha sonra isə səhnədə nümayişkaranə şəkildə mərcin şərtinə uyğun erməni bayrağını ayaqlar altına sərir.

Qeyd edək ki, Azad Məmmədov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

axar.az

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Pepe İtaliyada oynayacaq?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: