Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Erməni soyqırımı”nı daha hansı ölkələr tanıyıb? – SİYAHI

Xəbər verdiyimiz kimi, Almaniya parlamenti bu gün tarixdə heç vaxt baş verməyən “erməni soyqırımı”na dair qətnamə layihəsi qəbul etdi. Bununla da ermənilərin saxta iddialarına inanan ölkələrin sayı artaraq 25-ə çatdı.

Ermənilər uzun illərdi rtarixdə heç zaman olmayan “soyqırımı”nı dünyanın gündəliyinə gətirirək, ondan siyasi məqsədlər üçün istifadə edirlər. İndiyədək bir sıra ölkələrin parlamentlərində deputatlar əl qaldırıb-endirməklə sözdə “soyqırımı”nın guya, 1915-ci ildə törədildiyi barədə sənədlər qəbul ediblər.

Erməni lobbisi və diasporunun məkrli siyasətinə uyan bir çox ölkələrin parlamentləri “erməni soyqırımı” ilə bağı müxtəlif sənədlər qəbul edib, bu əsassız iddiaları tanıyıblar. 15 aprel 2015-ci il tarixində Avropa Parlamenti də belə bir xain qərar qəbul etmişdi.

Modern.az saytı “erməni soyqırımı”nı tanıyan ölkələrin siyahısını təqdim edir.

Uruquay parlamenti – 1965-ci ildə “erməni soyqırımı” iddialarını qəbul edən ilk ölkə kimi tarixə düşüb.

Rusiya Duması – 1995-ci il aprelin 14-də “erməni soyqırımı”nın tanınması barədə qətnamə qəbul edib.

Kipr parlamenti – 1982-ci ildə “erməni soyqrımı”nı rəsmən tanıyıb.

Amerika Birləşmiş Ştatları – Federal səviyyədə “soyqırımı” tanımasa da, ölkənin 44 ştatı “erməni soyqırımı”nı tanıyıb. Əsasız “soyqırımı” tanıyan ştatlar: Alyaska, Arizona, Arkansas, Kaliforniya, Kolorado, Kentukki, Konnektikut, Delaver, Florida, Corciya, Cənub Karolina, Aydaho, İllinoys, Kanzas, Şimal Dakota, Şimal Karolina, Luiziana, Men, Merilend, Massaçusetts, Miçiqan, Minnesota, Missuri, Montana, Nebraska, Nevada, Nyu Hempşir, Nyu Cersi, Nyu Mexiko, Nyu York, Ohayo, Oklahoma, Oreqon, Pensilvanya, Rod Aylend, Tennessi, Yuta, Vaşinqton, Vermont, Virciniya, Viskonsin…

Argentina – Bu ölkədə analoji qərar 1985-ci ildə qəbul edilib.

Kanada – 1996-cı il aprelin 23-də “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul olunub.

Livan – Bu ərəb ölkəsi “erməni soyqırımı”nı 1997-ci il aprelin 4-də tanıyıb

Belçika – 1998-ci ilin martında analoji qərar qəbul edib

Vatikan – 2000-ci ildə 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyıb.

Fransa – 1998-ci ildə “erməni soyqırımı”nı tanıyıb.

İsveçrə – “soyqırımı” iddialarını 2003-cü ildə qəbul edib.

Slovakiya – 2004-cü ildə yerli parlament “erməni soyqırımı”nı tanıyıb.

Yunanıstan – 1996-cı il aprelin 25-də analoji qərar qəbul edib.

İsveç – 2000-ci il martın 29-da ölkə parlamenti “erməni soyqırımı”nı tanıyıb

Polşa – 2005-ci ildə qəbul edib.

Venesuela – 2005-ci ildə analoji qərar verib.

Litva – 2005-ci ilin dekabrında bu barədə qətnamə qəbul edib

Çili – 2007-ci ilin iyununda “erməmni soyqrımımı”nı tanıyıb.

Hollandiya – 2004-cü ildə ölkə parlamenti bu “faktı” rəsmən tanıyıb.

Avropa Şurası – 1987-ci il iyunun 18-də “erməni soyqırımı”nı tanıyıb.

Avropa Parlamenti – Bu qurum da 1987-ci ildə “soyqırımı”nı tanıyıb.

Lüksemburq, Paraqvay, Boliviya 2015-ci ildə “erməni soyqırımı”nı tanıyıb.

Almaniya – 2016-cı il iyunun 2-də saxta iddianı “soyqırımı olaraq tanıyıb.

Görəsən, bu siyahıya düşən nöbtəti ölkə və ya təşkilat hansı olacaq?

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

DİN-in Zaqatalada saxladığı məmurlardan biri günahsızdır? – İCRA HAKİMİYYƏTİNDƏN AÇIQLAMA

%d bloqqer bunu bəyənir: