Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Erməni polisi zəbt olunmuş binanın ətrafında kordonu gücləndirib – HÜCUM OLACAQ

24saat.org saytı xəbər verir ki, düşmən ölkədə polis binasını zəbt edən şəxslərə qarşı hücum hazırlanır. Erməni polisi bu məqsədlə əraziyə zirehli texnika və çoxlu sayda polis nəfəri cəmləşdirib. Son dəqiqələrdə verilən xəbərə görə, xalqın gözünü qorxutmaq məqsədi ilə hazırlanan hücuma əlavə 3 avtobus da xüsusi təlim keçmiş polis qatılıb. 

“Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını ələ keçirən zaman 1 polis əməkdaşı öldürülüb, 2 polis əməkdaşı yaralanıb. Onlar hazırda həbsdə olan Jirayra Sefilyanın azad olunmasını tələb etsələr də, rəsmi İrəvən baş vermiş qarşıdurmanı dövlət çevrilişinə cəhd kimi təqdim etməyə çalışır.

Onu da qeyd edək ki,  Jirayra Sefilyan ehtiyyatda olan polkovnikdir. Qarabağ döyüşlərinin iştirakçısı olmuş Behrud əsilli bu şəxsin Şuşanın işğal olunmasında, daha sonra işğalçı ölkənin qədim Azərbaycan torpağında alay yaratmasında “zəhməti” olub.

24saat.org 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Məni 15 dəqiqə sonra öldürəcəkdilər – ƏRDOĞAN O GECƏNİ ANLATDI (Video)

%d bloqqer bunu bəyənir: