Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Erməni general: “Biz itirdik və itirməkdə davam edəcəyik”

Ermənistan tərəfi aprel hadisələrində strateji baxımdan böyük əhəmiyyətə malik yüksəklikləri “itirib”. İndi onlar bu məsələni gizlətmək üçün yüksəkliklərin çox əhəmiyyətsiz olduğunu deyirlər.



ANS-in məlumatına görə, bu sözləri “Kommandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan deyib.

O, bildirib ki, indi biz bu yüksəklikləri qaytarmalıyıq ki, Talış, Martakert və Madagiz sakinləri sakit yaşaya bilsinlər.

“Bu məsələni bizim Müdafiə Nazirliyimiz və ölkə rəhbərliyi düşünməlidir. “Biz itirdik və bu hündürlüklərə görə itirməkdə davam edəcəyik. Talış kəndində insanlar yaşamırlar. Qarabağın ən böyük şəhəri Martakert atəşin altında olur. Təbii ki, bu hündürlükləri qaytarmaq lazımdır ki, insanlar sakitcə evlərinə qayıda bilsinlər”, – deyə Kommandos bildirib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

«Ecclestone Xədicəylə görüşsün»

%d bloqqer bunu bəyənir: