Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Erməni deputat: “Sarkisyan Qarabağı qaytarmağa hazırdır”

Ermənistan və “DQR”-in təhlükəsizliyi üçün ən böyük təhlükə torpaqları təslim etməyə hazır olan prezident Serj Sarkisyandır.

Virtualaz.org armtoday-a istinadən bildirir ki, bunu parlamentdə çıxışı zamanı “İrs” partiyasının deputatı Zauri Postancyan bəyan edib.

Onun sözlərinə görə, Serj Sarkisyanın erməni tərəfinin 800 hektar torpaq itirməsi barədə bəyanatı hakimiyyətin bundan sonra da geri çəkilməyi planlaşdırdığını göstərir.

Erməni deputat qeyd edib ki, hazırkı ölkə rəhbərliyi hətta Qarabağı belə qaytarmağa hazırdır.

Xatırladaq ki, Erməistan prezidenti Serj Sarkisyan Vyana görüşündən qayıdarkən təyyarədə jurnalistlərə bildirmişdi ki, Qarabağdakı məlum aprel döyüşləri vaxtı erməni tərəfi 800 hektar əraziyə nəzarəti itirib. Amma sonra Azərbaycan Müdafiə Nazirliyi açıqlama yaydı ki, ordumuz 800 yox, 2000 hektar əraziyə nəzarəti bərpa edib.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Vilayət Eyvazov “Bandotdel”də Cahangir Hacıyevə ittiham oxuyur

%d bloqqer bunu bəyənir: