Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Erməni Ayan bizi idmançı kimi məhv etdi”

Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov ona Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) verdiyi 8 illik diskvalifikasiya qərarını şərh edib. 22 yaşlı idmançı “Report”a açıqlamasında İWF prezidenti Tamaş Ayanı ittiham edib.

Dopinq-testdən keçə bilmədiyi üçün karyerasında ikinci dəfə cəzalanan V.Xristov deyib: “Erməni Ayan bizi idmançı kimi məhv etdi. Bunu qəsdən etdi. Təəssüf ki, bizə heç kim kömək etmədi. Cəzadan əziyyət çəkəcəyik. Azərbaycanda hamı bilir ki, orqanizmim tamamilə təmizdir. Amma gördüyünüz kimi, 8 il müddətinə cəzalanmışıq. Halbuki Ayan yaxınlarda Azərbaycana səfəri zamanı söz vermişdi ki, dopinq-testdə ilişən idmançılara kömək edəcək. Amma bu erməni heç bir köməklik göstərmədi. Əksinə, hər şeyi özü etdi”.

Bolqarıstan əsilli atlet idmandan kənarlaşdırıldığı 8 il ərzində nə edəcəyini bilmədiyini söyləyib: “12 ildir, ağırlıqqaldırma ilə məşğulam. Karyeramı 22 yaşımda başa vurmaq mənə çox çətindir. Çünki daha 10 il Azərbaycan bayrağını ucalda bilərdim. 2011-ci ildə Azərbaycana gəldim, 17 yaşımda ikən böyüklər arasında Avropa çempionatında qızıl medal qazandım. Bundan sonra ovaxtkı məşqçim Zlatan Vanev Bolqarıstandan zəng edərək, məni 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlamaq istədiyini bildirdi. Amma təklifdən imtina edərək, Bakıda qaldım və azərbaycanlı qızla ailə qurdum. Hazırda 2 övladım var”.

V.Xristov cəzasına yenidən baxılmasa, 8 il gözləyəcəyini bildirib: 2023-cü ildə 30 yaşım olacaq. Amma yenə “körpücük” üzərinə çıxacağam. Tam əminəm ki, təmizəm. 8 ildən sonra rahat çıxış edə biləcəyəm. Çünki o vaxtadək, yəqin ki, Ayan gəbərəcək”.

Qeyd edək ki, Valentin Xristov ikiqat Avropa çempionu və dünya çempionatının ikiqat bürünc mükafatçısı olub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycana 56 kq çəki dərəcəsində bürünc medal qazandırıb. Bu, ölkə tarixində ağırlıqqaldırma növündə ilk və yeganə medaldır.

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

Türkiyə və Xorvatiyanın işi çətinə düşdü

%d bloqqer bunu bəyənir: