Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Erməni avtoritetlər polis görən kimi razborkanı yarımçıq qoyub qaçıblar

24saat.org saytı “Shamshyan.com”a istinadən bildirir ki, İravanın mərkəzində “qanuni oğrular” arasındakı “razborka” sonda əsl yumruq davasına çevrilib.

Saytın yazdığına görə, hadisə avqustun 3-də gecə yarısı baş versə də, bu haqda iki gün əvvəl məlumat əldə olunub. “Razborkada” “qanuni oğrular” Zap, Suro Leninakanskiy, Gürcü Koba və Jiro iştirak ediblər. Bəzi məlumatlara görə, Jiro təkbaşına digər 3 kriminal avtoritetə qarşı davam gətirib. Sayt qeyd edir ki, “qanuni oğrular” həyəcan siqnalı və “fırlanan” işıqları işə salınmış polis maşınlarını görüb hadisə yerindən qaçıblar.

Qeyd olunur ki, münaqişənin səbəbi – bir neçə gün əvvəl Aştarak şəhərində baş vermiş bıçaqlanma hadisəi olub ki, burada da tanınmış kriminal avtoritet Gevork Oşakanskinin bacısı oğlunun adı hallanır.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Qonşusunu xilas etmək istəyərkən öldü -Faciə

%d bloqqer bunu bəyənir: