Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Erməni ailəsini güllələyən rus əsgərə bu gün hökm oxunacaq

“Bu gün Şirak vilayətinin ümumi ədliyyə məhkəməsində 2015-ci il yanvar ayının 12-də Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməkdə ittiham edilən, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakova hökm oxunacaq”.

Tert.am nəşri xəbər verir ki, Permyakov gözlənildiyi kimi, ömürlük həbs cəzası alacaq.

Amma “Joxovurd” qəzetinin məlumatına görə, V.Permyakov cəzasını çəkmək üçün Rusiyaya göndəriləcək.

Ermənistan və Rusiya hakimiyyəti bunun Ermənistanda etirazla qarşılanacağını bildiklərindən əsgəri 2013-cü il iyulun 13-də avtomobil qəzası törətdiyi üçün məhkum olunaraq, cəzasını Rusiya həbsxanasında çəkən Qraç Arutyunyanla dəyişməyi müzakirə edir.

“Başqa sözlə, Permyakov Rusiyaya yola salınan kimi Arutyunyanın da Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi elan olunacaq”, – qəzet yazıb.(oxu.az)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Suriyadan atılan raket Türkiyədə məscidə düşdü

%d bloqqer bunu bəyənir: