Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Erməni AES rəhbərliyi məhkəmə qarşısına çıxa bilər

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) İstintaq İdarəsi Metsamordakı “Ermənistan Atom Elektrik Stansiyası” QSC üçün satınalmaların təşkili zamanı aşkarlanmış sui-istifadə faktı üzrə ibtidai istintaqı başa vurub.

Moderator.az tert.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
İbtidai istintaq zamanı “Metsamor” AES-in baş direktoru, kommersiya direktoru, baş direktorunun maliyyə və iqtisadiyyat üzrə müavini və QSC-nin digər şöbələrinin rəhbərlərinin mütəşəkkil cinayətkar qruplaşma yaratdıqları və xidməti mövqelərindən istifadə edərək külli miqdarda vəsaiti mənimsədikləri aşkar edilib.
MTX-nin məlumatına əsasən, dövlət vurulmuş ziyan 783 milyon 586 min dram təşkil edib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Futbolçunun xanımı 3700 gənc qızı fahişəlikdən qurtardı -Foto

%d bloqqer bunu bəyənir: