Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Erməni əsgər xidmət yoldaşını postda güllələyib

Mayın 25-da Ermənistan ordusunda qeydə alınan ölüm faktının bəzi təfərrüatları məlum olub. ANS PRESS-in məlumatına görə, əsgər Vaqe Yeqoyan xidmət yoldaşı tərəfindən güllələnib.

Adı gizli saxlanılan əsgər Yeqoyanı döyüş postunda başından vurub. Onun qətli barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Öldürülən Vaqe Yeqoyanın 10 ayın əsgəri olduğu bildirilirdi.

O, ölüm anına kimi valideyinləri ilə telefonla danışıb. Amma Ermənistan tərəfi ilkin məlumat kimi onun cəbhdə baş verən gərginlik zamanı öldürüldüyündü deyirdi.

Əsgər yoldaşı tərəfindən öldürülən Vaqe Yeqoyan

Əsgər yoldaşı tərəfindən öldürülən Vaqe Yeqoyan

Bu Ermənistan ordusunda ilk belə fakt deyil. Mayın 25-də həmçinin Akop Qevorkyan öz xidmət yoldaşı Q.Kosoqoblyan tərəfindən öldürülüb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Kosoqoblyan əvvəl əsgər yoldaşı ilə mübahisə edib. Daha sonra onu döş qəfəsindən bıçaqlayıb.

Qevorkyan xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Q.Kosoqoblyan şübhəli şəxs qismində saxlanılıb. Bundan başqa, Ermənistan ordusunun əsgəri Suren Armen Mosiyanın ölüm səbəbi məlum deyil.

1997-ci il təvəllüdlü əsgərin Qarabağda naməlum şəraitdə qəfildən öldüyü bildirilir.

Həmçinin mayın 1-nə keçən gecə təmas xəttində atəşkəsin pozulması zamanı qarşı tərəf 1 canlı qüvvəsini itirib. Bu, 1991-ci il təvəllüdlü Aşot Çobanyandır. Erməni əsgər Xocavənd istiqamətində ölüb.

Həmçinin aprelin 30-da cəbhə xəttinin Talış kəndi istiqamətində baş verən atışma nəticəsində hərbi qulluqçular Qarik Movsisyan (1997-ci il) və Vazqen Arutyunyan (1968-ci il) öldürülüb.

Aprelin 27-də Ermənistan hərbçilərinin atəşkəsi pozması nəticəsində ordumuzun qarşı tərəfin hərbi mövqelərinə endirdiyi zərbələr nəticəsində Ermənistan ordusunun daha bir hərbçisi məhv edilmişdi. Ölən 1996-cı il təvəllüdlü Ayk Minasyan adlı əsgər olub.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Ərdoğan: “Rusiya Türkiyəni bir pilota fəda etdi”

%d bloqqer bunu bəyənir: