Now Reading:
“Ermənistanla müharibə qaçınılmaz ola bilər”
Full Article 1 minutes read

“Ermənistanla müharibə qaçınılmaz ola bilər”



 

Qabil Hüseynli: “İyun danışıqları Azərbaycanın sonuncu cəhdidir”

Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilməsi gözlənilən iyun görüşünə maraq kifayət qədər böyükdür. Buna səbəb bu görüşün problemin sülh yolu ilə həlli məsləsində rəsmi Bakının ortaya qoyacağı son cəhd kimi dəyərləndirilməsidir.

Maraqlıdır, həqiqətənmi iyun görüşü problemin diplomatik yolla həlli limitini dolduran son cəhddir? Doğrudanmı, iyun görüşünün nəticəsiz başa çatacağı təqdirdə silahlardan başqa heç kim və heç nə danışmayacaq?

24saat.org-a açıqlama verən politoloq Qabil Hüseynli bu görüşün həqiqətən də son təşəbbüs kimi qiymətləndirməyin məntiqli olduğunu vurğuladı:

“İyun görüşü sonuncu cəhddir. Bu vaxta qədər kifayət qədər görüşlər olub. Lakin Azərbaycan prezidenti görüş xatirinə görüş keçirmək istəmir. Əgər iyun görüşü səmərə verməyəcəksə, bu, o demək olacaq ki, Ermənistan və onun himayədarları işğal və onun nəticələrini qoruyub saxlamağa, Azərbaycan tərəfini aldatmağa çalışır.

Bu da bir həqiqətdir ki, Ermənistan heç də hər şeyi xoşluqla vermək istəmir. Son gərginlikdən sonra Rusiya ilə münasibətləri yaxşılaşdıran Ermənistan Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı görünmür. Bu isə o deməkdir ki, proseslər bu məcrada davam etsə, Ermənistanla müharibə meydanında haqq-hesab çəkmək qaçınılmaz olacaq”.

Seymur Əliyev

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: