Ermənistanın iqtisadi göstəriciləri açıqlanıb

2015-ci ilin sonuna Ermənistanın dövlət borcu 5 milyard 79 milyon ABŞ dolları olub. Maliyyə nazirinin müavini Atom Cancuqazyan mayın 23-də belə açıqlama verib.

Maliyyə nazirinin müavini Ermənistanın xarici borcunun 4 milyard 317 milyon dollar təşkil etdiyini vurğulayıb. Dövlət borcunun 761 milyon dolları isə daxili borcdur. Onun sözlərinə görə, dövlət borcunun 4 milyard 601 milyon dolları hökumətin payına düşür.

Transparency.az-ın məlumatına görə, parlament komissiyalarının birgə iclasında 2015-ci ilin büdcəsi üzrə hesabat təqdim edən Atom Cancuqazyan deyib ki, ötən il Ermənistanda 3 faiz iqtisadi artım qeydə alınıb, kənd təsərrüfatında 2,1 faiz, sənayedə 1 faiz, xidmət sektorunda 0,8 faiz artım olub.

Maliyyə nazirinin müavini deyib ki, ötən il Ermənistanın dövlət büdcəsinin gəlirlərinin 91,4 faizi vergilər və dövlət rüsumları hesabına təmin olunub.

Loading...

“ABŞ-ın yaradacağı yeni anti-İran alyansında Türkiyə də yer alacaq”

Sonrakı Yazı »

Obama:”Embarqonun ləğvi Çinlə bağlı deyil”

%d bloqqer bunu bəyənir: