Ermənistanın “güzəşt” açıqlamasına operativ şərh – Vaxt qazanırlar?


sarkisyan2“Ermənistan prezidenti Serj Sarkisyanın güzəştə gedə biləcəyi ilə bağlı açıqlaması erməni-rus hiyləsi də ola bilər. Ona görə hələ tələsməyək”.

Aznews.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ermənistan prezidenti Serj Sarkisyanın “Qarabağ məsələsində güzəştə hazırıq” açıqlamasını şərh edərkən deyib. E.Şahinoğlunun fikrincə, bu Serj Sarkisyanın Azərbaycan tərəfini rahatladaraq vaxt udmaq istəyi ilə də bağlı ola bilər: “Ona görə də tələsməyək və Sarkisyanın “güzəştə hazırıq” ifadəsinin geniş izahını gözləyək. Bütün hallarda Ermənistan hakimiyyəti qarşısında real güc görməyənə qədər danışıqlarla güzəştə getməyəcək. Mənim beynəlxalq təşkilatların xətti ilə 1999-cu ildə İrəvanda Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və indiki prezident Serj Sarkisyana verdiyim suallardan əsəbiləşərək, hər ikisi sərt şəkildə demişdilər ki, “biz vuruşub həmin torpaqları almışıq, elə-belə qaytara bilmərik”. Biz də “elə-belə” istəmədik”.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının dərs müavini Vurğun Əyyub isə hesab edir ki, Sarkisyanın açıqlaması dünyanı çaşdırmaq niyyəti güdür: “Sarkisyanın guya sülh istəməsi barədə xəbərləri sevinclə yayanlar onun dediklərini diqqətlə oxusunlar: “bütün hərbi birləşmələr 1 aprel 2016-cı il tarixədək tutduqları mövqelərə qayıtmalıdır”.

Serj Sarkisyan səfirlər qarşısında çıxışında bildirib ki, ATƏT Azərbaycanı 1994-cü il atəşkəs razılaşmasının şərtlərinə hörmətlə yanaşmağa məcbur etməlidir. O, iddia edib ki, Bakı atəşkəs rejimini pozur. Budur, növbəti erməni bicliyi! Dünyanı çaşdırmaq! Söhbət kompromissdən yox, işğal olunan Azərbaycan torpaqlarını boşaltmaqdan getməlidir!”

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Sarkisyanın atəşkəs çağırışına – Rəsmi cavab

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: