Now Reading:
Ermənistanın baş naziri və XİN rəhbəri istefa verir
Full Article 30 second read

Ermənistanın baş naziri və XİN rəhbəri istefa verir



Ermənistanın baş naziri Ovik Abraamyan Nazirlər Kabinetinin üzvləri ilə vida görüşü keçirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İnterfax-a respublikanın hökümət dairələrindəki mənbə məlumat verib.

“Baş nazir nazirlərlə görüşüb vidalaşdı. Ovik Abramyanın istefası barədə sabah elan ediləcək. Yeni baş nazir Karen Karapetyan (Yerevanın sabiq meri) təyin olunacaq”, – agentliyin həmsöhbəti belə deyib.

Onun sözlərinə görə, həmçinin Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın istefası gözlənilir.

“Çox güman ki, bu vəzifəyə Ermənistan prezidenti aparatının rəhbəri Vigen Sarkisyan təyin ediləcək”, – deyə o bildirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: