Ermənistanda müxalifətin mitinqi keçirilir – FOTO


Bu dəqiqələrdə Yerevanın Azadlıq müydanında üsyançılar qrupunun tərəfdarlarının mitinqi keçirilir. Güclü yağış yağır və mitinqə toplaşanların sayı çox deyil.

Virtualaz.org-un xüsusi müxbirinin xəbərə verir ki, natiqlərdən biri Tiqran Xzmalyan nitqində Serj Sarkisyanı və Robert Koçaryanı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) agentləri adlandırıb. O qeyd edib ki, bu adamlar «Ermənistanın yeganə müttəfiqi İranla» sərhədi bağlayıblar. Bu çıxış toplaşanların etirazına səbəb olub və onlar «Xzmalyan, get!!» qışqırıblar.

Cavabında Xzmalyan toplaşanları qul adlandırıb və tribunanı tərk edib.

Hazırda qiyamçılardan birinin bacısı Ani Navasardyan çıxış edir.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Türkiyədə növbəti terror – Ölən və yaralananlar var – YENİLƏNDİ

%d bloqqer bunu bəyənir: