Ermənistanda müxalifət lideri həbs edildi


Ermənistanın İrs Partiyasının vitse-sədri Armen Martirosyan həbs edilib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Martirosyanın vəkili Qivi Ovanisyan söyləyib. Onun sözlərinə görə, Martirosyana qarşı kütləvi iğtişaşların təşkili ilə bağlı ittiham irəli sürülüb.

O, ittihamlar sübut olunacağı halda Martirosyanı 4 ildən 10 ilə qədər həbs cəzasının gözlədiyini bildirib.

Qeyd edək ki, dünən İrəvanda polislə etirazçılar arasında toqquşma yaşanıb. Nəticədə 165 nəfər həbs edilib, 60 nəfər yaralanıb.

Martirosyan da ötən gün saxlanılmışdı, bu gün isə barəsində həbs seçilib.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Gülənə dəstək olan ölkələr – RƏSMİ

%d bloqqer bunu bəyənir: