Advertisements
24 saat

Ermənistanda 5 nəfər girovluqdan azad edildi


Ermənistanda terrorçuluğa qarşı əməliyyat çərçivəsində silahlı dəstənin girovluğunda olan 5 nəfər xilas edilib.

 

24saat.orgun xəbərinə görə, bu haqda Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

“Hal-hazırda qalan girovların azad edilməsi və vəziyyətin danışıqlar yolu ilə həlli üçün üçün aktiv adımlar atılır”,-deyə bildirilib.

 

Qeyd edək ki, iyulun 17-də Yerevanda bir qrup silahlı şəxs polisin post-patrul xidməti alayını tutub. Hazırda 4 polisin girovluqda olduğu bildirilir.

 

Qiyamçılar siyasi fəalların, o cümlədən Müəssislər Məclisi müxalif təşkilatının lideri Jirayr Sefilyanın və Şant Harutyunanın azadlığa buraxılmasını tələb edir.

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: