Ermənistanda 3 yüksək rütbəli məmur tutuldu


Ermənistan Səhiyyə nazirliyinin 3 yüksək rütbəli məmuru saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsinin məlumatında deyilir.

Səhiyyə nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət agentliyinin rəisi Saro Tsaturyan, agentliyin İrəvan şəhər mərkəzinin rəisi Arsen Sedrakyan və sabiq tibb xidmətləri üzrə rəis Samvel Xarazyan xidməti vəzifələrindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Məlumata görə, saxlanılanlar saxta sanatoriya putyovkalarının hazırlanması və satışı ilə məşğul olublar.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Sübut və dəlil yoxdur – Obama

%d bloqqer bunu bəyənir: