Advertisements
24 saat

Ermənistanda əsgərlər üçün istehsal olunan qida məhsulları və geyimlər Polşada satılır


Ermənistanda əsgərlər üçün istehsal olunan qida məhsulları və geyimlər Polşada satılır.

Ermənistanın “Replik.am” saytı yazır ki, bu barədə hüquqşünas Qarik Qalikyan “Facebook” səhifəsində bildirib.

Hüquqşünas qeyd edib ki, bu barədə ona dostlarından biri bildirib. “Dostlarımdan biri mənə bir şey yazdı, söz tapa bilmirəm. Mənim 8 yaşlı övladım öz bufet pulunu əsgərlərə qida göndərmək üçün toplayır. İnsanlarımız var ki, son qəpiyini də əsgərlər üçün sərf edir, amma axırda məlum olur ki, erməni əsgərlər üçün nəzərdə tutulan geyim və konservləşdirilmiş qidalar Polşanın Bielsko Biala şəhərinin mağazalarından birində satılır. Üzərində məlumatların erməni dilində yazıldığı məhsullar əsgər paltarları ilə birlikdə 500 zlotdu, yəni 160 dollar. Dostum bunu öz gözləri ilə görüb, hətta satıcı dostumdan məhsulların üzərindəki ermənicə yazılanları tərcümə etməsini istəyib. Xahiş edirəm, cavabdeh qurumlar bununla bağlı müvafiq yoxlamalar aparsın”, – deyə Q.Qalikyan yazıb. (APA)

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: