Now Reading:
Ermənistan yaralılarına pul xərcləməkdən imtina etdi
Full Article 1 minutes read

Ermənistan yaralılarına pul xərcləməkdən imtina etdi



Almaniyada aprel ayında getmiş döyüşlərdə ağır yaralanmış erməni hərbçilər Arman Ləzgiyanın və Ruben Arakelyanın müalicəsi davam etdirilir. Virtualaz.org 1in.am saytına istinadən xəbər verir ki, dövlət hərbçilərin müalicəsinə görə nə ölkə daxilində, nə də onun xaricində xərcləri öz üzərinə götürmək fikrində deyil.

Yerevan Ağsaqallar şurasının “Salam, Yerevan!” fraksiyasının üzvü Anait Baxşyan bildirib ki, “Erebuni” tibb mərkəzi hərbçilərin müalicəsi üçün dövlət büdcəsindən maliyyə dəstəyi almayıb.

Baxşyanın sözlərinə görə, “Erebuni” tibb mərkəzi səkkiz yaralı hərbçi qəbul edib və onların müalicəsi ən yaxşı tərzdə həyata keçirilib.

“Yalnız Erikin dərmanlarına 3 milyon dramdan çox pul xərclənib, hələ başqa xərcləri demirik. Səhiyyə Nazirliyi hətta dövlət sifarişi ilə müəyyən edilmiş vəsaiti də köçürməyib”, – o qeyd edib.

Ağsaqqallar şurasının üzvü hesab edir ki, “Erebuni” tibb mərkəzinin müalicəni hansı vəsait hesabına həyata keçirməsi əhəmiyyətli deyil, əsas odur ki, hərbçilər pulsuz müalicə olunublar, bunu Almaniyada etmək praktiki olaraq mümkün deyil.

“Ermənistanda mümkün olan hər şey həkimlərimiz tərəfindən edilib, lakin Almaniyada hərbçilərimizin müalicəsi işində də tərəqqi nəzərə çarpır. Dövlət sifarişi üzrə edilməli olan edilməyib, onlar hər vəchlə oğullarımızın ölkədən kənara aparılmasına mane olmaq istəyirdilər”, – Baxşyan narahatlığını bildirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: