Advertisements
24 saat

Ermənistan XİN: “Görüş uğurlu oldu”


Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünü müsbət qiymətləndirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, o bu barədə Sankt-Peterburqda jurnalistlərə açıqlamasında deyib.

“Bugünkü görüş olduqca faydalı oldu və müəyyən ehtiyatla qeyd edə bilərəm ki, konstruktiv atmosferdə keçirildi” – , deyə E.Nalbəndyan bildirib.

O, həmçinin görüşlərin yalnız prezident səviyyəsində deyil, həm də XİN rəhbərləri səviyyəsində davam etdiriləcəyini vurğulayıb: “Bütün proseslər ATƏT-in Minsk qrupu formatında həyata keçiriləcək”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: