Advertisements
24 saat

Ermənistan ordusunda korrupsiya yumağı…


“Ermənistan Müdafiə Nazirliyində korrupsiya yumağı var”.

ATV. Az bildirir ki, bu bəyanatla Ermənistan parlamentinin deputatları çıxış edib. “Tert” saytının məlumatına görə, Edmon Marukyan adlı deputat başda olmaqla bir qrup parlamentari deyib ki, Müdafiə Nazirliyindəki korrupsiya yumağı özünə günü-gündən daha çox adam cəlb etməklə ordunu “udub”.

Vahan Maxsudyan adlı digər bir deputat isə deyib ki, aprel ayındakı eskalasiya zamanı uğradıqları məğlubiyyət erməni ordusundakı çatışmazlıqların, rüşvətxorluğun artıq qarşısıalınmaz bir hala gəldiyini göstərir.

Aleksandr Arzumanyan adlı deputat: “Balıq başdan iylənir, Ermənistanda korrupsiyanın mövcud olmadığı bir yer yoxdur”, – deyə bildirib.

Deputatlar bildiriblər ki, 1 general və iki polkovnikin xüsusilə də 4 günlük müharibədən sonra saxlanılması, bu şəxslərin rüşvətxorluğa görə deyil, məhz günahı onların boynuna atmaqla bağlıdır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: