Ermənistan ordusuna məxsus pilotsuz uçan aparat məhv edildi


Naxçıvan Muxtar Respublikası istiqamətində hava məkanımızı pozmağa və Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Əlahiddə Ümumqoşun Ordusu hava hücumundan müdafiə bölmələrinin döyüş növbətçiliyi aparan atəş vasitələri tərəfindən məhv edilib.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

*   *   *14:18

Naxçıvanda Ermənistan ordusuna məxsus pilotsuz uçan aparat məhv edilib.

Naxçıvan Televiziyası məlumat verir ki, Ermənistan Silahlı Qüvvələri avqustun 26-da növbəti dəfə Muxtar Respublika tərəfdən Azərbaycanın hava məkanını pozmağa cəhd edib.

Ərazidə döyüş növbətçiliyi aparan atəş vasitələri tərəfindən Ermənistan ordusuna məxsus pilotsuz uçan aparat məhv edilib.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

”Mühafizə xidmətinin işçiləri vətəndaşları döyüb” (VİDEO)

%d bloqqer bunu bəyənir: