Ermənistan Afrikaya silah satır


Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu gün ölkəsinin Konqo Demokratik Respublikasına silah satmasına dair xəbəri təsdiqləyib. Virtualaz.org bildirir ki, bu xəbəri 1in.am saytı yayıb.

«Ermənistandan silah ixracatı ilə bağlı məlumatlar həqiqətə uyğundur. Qanuni şəkildə Ermənistan Silahlı Qüvvələrində istifadədən çıxarılmış silahlar Konqo DR-ə ixrac edilib», – Ovannisyan özünün «Facebook» səhifəsində belə yazıb.

Daha öncə «Panarmenian» saytı son illərin ən iri belə sövdələşməsinin 2014-cü ildə qeydə alındığını yazmışdı. O zaman Ermənistandan 9301 adda 1,5 milyon dollarlıq silah ixrac edilmişdi.

Paylaş:

Kəmaləddin Heydərova yeni “köhnə rəqib” – FƏRHAD ƏLİYEV QAYIDIR

Sonrakı Yazı »

Hitlerin idarəetmə sirləri – VİDEO

%d bloqqer bunu bəyənir: