Ermənilərin yaraladığı gənc qəzada öldü


snayper2Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Tərtərin Qarağacı kəndində bir nəfər ölüb digəri isə ağır yaralanıb.

Bu barədə Tərtər rayon Qarağacı kəndinin icra nümayəndəsi Lətif Həmidov məlumat verib. Onun sözlərinə görə, kənddə yerləşən bələdiyyə binasında məskunlaşmış məcburi köçkün Cəlal Rəhimovun idarə etdiyi avtomobil artilieriya atəşinə məruz qalıb:

“Ermənilərin ötən gecə ağır artilleriyadan açdığı atəş nəticəsində Cəlal Rəhimovun “Vaz 2107” markalı avtomobilinin yanına mərmi düşüb. Avtomobilin içərisində olan Orxan Rəhimov partlayış nəticəsində hər iki ayağını itirib.

O, bildirb ki, ayaqlarını itirən O.Rəhimov bu gün xəstəxanaya aparılan zaman təcili yardım avtomobili yol qəzasına düşüb: “Orxan Rəhimov Bərdə rayon Mərkəzi xəstəxanasına aparılan zaman təcili yardım avtomobili minik avtmobili ilə toqquşub. Ayaqlarını itirmiş Orxan Rəhimov da qəza zamanı həyatını itirib. İndi onun cənazəsi rayona aparılır”

Onun əmisi Cəlal Rəhimov isə ağır bədən xəsarəti alıb. Hazırda həkimlər onu müalicə edir.

azvision.az

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Düşmənin canlı qüvvəsi və döyüş texnikası məhv edildi – Döyüşlər hələ də davam edir

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: