Ermənilərin atdığı kimyəvi bomba belə partladıldı – FOTOLAR

Xarici ölkələrin Azərbaycanda akkreditə olunan hərbi attaşelərinin mayın 11-də cəbhəboyu zonaya səfəri təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Cümhuriyyət.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə və Xarici İşlər nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən səfərdə 13 ölkədən 20-dən artıq hərbi attaşe iştirak edib.

Tərtər rayonunun Əskipara kəndinə gələn hərbi attaşelər mayın 10-da Ermənistan silahlı qüvvələrinin ağ fosfor mərmisi atdığı əraziyə baxış keçiriblər. Daşınması mümkün olmadığından mərmi mütəxəssislər tərəfindən partladılaraq məhv edilib.

 

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

Polisin vətəndaşı döydüyü deyilir- Qubada

%d bloqqer bunu bəyənir: