Erməni silahlı bölmələri sentyabrda atəşkəsi 460 dəfə pozub

Sentyabrda erməni silahlı bölmələri atəşkəs rejimini 460 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Ötən ay cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub.
Sentyabrda erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqelərini atəşə tutub.
Qeyd edək ki, avqust ayında atəşkəs 467 dəfə pozulub.(apa)

24saat.org
Loading...

Mehman Hüseynov AZADLIQDA! – FOTOLAR

Sonrakı Yazı »

Lənkəranskinin heç yerdə yayımlanmayan – FOTOLARI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: