Advertisements
24 saat

Erməni polisi aksiyanı dağıdıb


Ermənistan hüquq-mühafizə orqanları İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında keçirilən etiraz aksiyasını dağıdıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, 30-dək etirazçı saxlanılıb.

Qeyd edək ki, bu gecə İrəvanda polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 28-i polis əməkdaşı olmaqla 51 nəfər xəsarət alıb.

***

İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında  polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində xəsarət alanların sayı 51-ə çatıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib.

“İndiyədək müxtəlif tibb mərkəzlərinə 51 yaralı çatdırılıb, onlardan 28-i polis əməkdaşlarıdır. Xəsarət alanlara lazımı yardım göstərilir. Onların həyatlarına təhlükə yoxdu”, deyə A.Aytayan vurğulayıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: