Now Reading:
Erməni nazir əhalidən xahiş etdi – “BİR AY DA DÖZÜN”
Full Article 40 second read

Erməni nazir əhalidən xahiş etdi – “BİR AY DA DÖZÜN”



Gələn il Ermənistanda əməkhaqqı və təqaüdlər artırılmayacaq.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vardan Aramyan jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda hökumət üçün iqtisadi artımı təmin etmək vacibdir: “Bu isə gələcəkdə təqaüd və əməkhaqqlarının artmasına gətirib çıxaracaq. Ümumiyyətlə, ümid yaxşı şeydir. Çünki ümidini itirən insanlar effektiv olmur, gələcəkdə irəliyə doğru hərəkət etmək imkanları azalır. Ancaq hərəkətsiz ümid də problemlidir. Ona görə biz tədbirlər görürük və inanıram ki, cəmiyyətdə ümid oyanacaq”.

Ermənistanda təqaüdlərin aşağı olduğunu deyən nazir əhaliyə müraciət edib: “Bilirsiniz, mən cəmiyyəti yalnız ümidlərlə qidalandırmaq istəməzdim. Ona görə sizdən xahiş edirəm, bircə ay dözün, yaşayarıq, görərik”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: